İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi
02.07.2026 11:13 Cəmiyyət

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron formada həyata keçirilməsi məqsədilə hazırladığı Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center-OIC) istifadəyə verib.

Bu barədə TodayPress TV-yə Dövlət Komissiyasından məlumat verilib.

Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System - iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmininə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına və itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir.

Sistemin hazırlanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, və Dövlət Komissiyasının fəaliyyət istiqamətləri nəzərə alınıb. Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar Azərbaycan Respublikasının ərazisində yerləşən serverlərdə saxlanılır. Portal istifadəçilərə aşağıdakı imkanları təqdim edir:

• "İtkin düşmüş şəxs barədə məlumat ver" (Report a Missing Person) xidməti vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumatların təqdim edilməsi;

• "Sorğu göndər" (Request on Missing Persons) bölməsi vasitəsilə Dövlət Komissiyasına elektron müraciətlərin ünvanlanması;

• "Məkanı göstər" (Indicate a Place) xidməti vasitəsilə ehtimal olunan məzar və ya dəfn yerləri barədə coğrafi koordinatlarla birlikdə məlumatların təqdim edilməsi;

• fotoşəkillərin, sənədlərin və digər materialların elektron qaydada sistemə əlavə olunması;

• müraciətlərin daha operativ araşdırılması üçün əlavə məlumatların təqdim edilməsi.

Portalın mühüm üstünlüklərindən biri də vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil edilməsi və aidiyyəti dövlət qurumlarının istifadəsinə təqdim olunmasıdır. Bu isə axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan verir.

Onlayn Sorğu Mərkəzindən istifadə üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına kömək edə biləcək hər hansı məlumata malik bütün şəxsləri Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadəyə çağırır.

TodayPress TV

NEWS FEED
02 JULY 2026
Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər 13:43 100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə 13:32 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Sabah hava necə olacaq? - PROQNOZ 12:44 Onlar da şəhid oldular – Azərbaycan polisi 108 yaşında 12:43 Azərbaycanda büdcə niyə hələ də neftdən asılı qalıb? 12:33 Diqqət! Susuz qalacaqsınız 12:29 Bağçalara uşaqların elektron qəbulu başlanılır 12:25 Aralarında azərbaycanlılarında olduğu şəxslər Gürcüstandan deportasiya olundu 11:59 Kiyevdə matəm elan edildi 11:46 All News