Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı?

Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı?
27.07.2026 17:26 Cəmiyyət

Hicablı xanımlar üçün çimərlik geyimləri (burkini) hazırlanıb. Məqsəd qadının bədən cizgilərini mümkün qədər örtərək dənizdən və hovuzdan istifadə etməsinə şərait yaratmaqdır.

Bəs bu zaman belə bir sual yaranır: Qadın bədənini örtür, amma çimərlikdə naməhrəm kişiləri görür. Bu, İslam baxımından nə dərəcədə uyğundur?

Qurana nəzər saldıqda görünür ki, bu mövzuda həm kişilərə, həm də qadınlara eyni prinsip tətbiq edilir.

Əvvəlcə Allah mömin kişilərə buyurur:

"Mömin kişilərə de ki, gözlərini (haramdan) çevirsinlər və iffətlərini qorusunlar."

Nur surəsi, 24:30

Ardınca isə mömin qadınlara müraciət edilir:

"Mömin qadınlara de ki, gözlərini (haramdan) çevirsinlər, iffətlərini qorusunlar..."

Nur surəsi, 24:31

Həmin ayədə qadınlara zinətlərini naməhrəmlərə nümayiş etdirməmələri də tövsiyə olunur.

Digər bir ayədə isə belə buyurulur:

"...Bir şey istədiyiniz zaman onları pərdə arxasından istəyin. Bu, həm sizin qəlbləriniz, həm də onların qəlbləri üçün daha təmizdir."

Əhzab surəsi, 33:53

Bu ayə birbaşa Peyğəmbərin (s) zövcələri ilə bağlı nazil olsa da, İslam alimləri onu hicab və ədəb mövzularında da müzakirə edirlər.

Beləliklə Quranda "hicablı qadın naməhrəm kişini ümumiyyətlə görməsin" şəklində açıq bir hökm yoxdur. Əmr olunan budur ki, həm kişi, həm də qadın baxışlarını haramdan qorusun, iffətini saxlasın.

Bu baxımdan, yalnız Qurana əsasən yanaşdıqda hicablı qadının  naməhrəm kişiləri ümumiyyətlə görməsini qadağan edən açıq hökm  yoxdur.

Əsas prinsip həm kişi, həm də qadın üçün harama aparan baxışlardan çəkinmək və iffəti qorumaqdır (Nur, 24:30–31).

Jalə Rövşən

NEWS FEED
27 JULY 2026
FİFA ilin ən gözəl qolunu seçdi - VİDEO 20:03 Paşinyan Putinə zəng etdi - Nə danışıldı? 19:45 Rusiya-Ukrayna münaqişəsi Tokayevə “baha başa gəldi” 19:40 Trampdan İrana son şans: “Danışıqlar alınmasa, hücum başlayacaq” 19:32 Latın Amerikası qarışdı: Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi 19:21 Putin ordunun sayını artırdı - TƏCİLİ 19:07 İraqda ABŞ istehsalı PUA qəzaya uğradı - VİDEO 18:57 23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR 18:53 Rəsmi Moskva təklif irəli sürdü: Münaqişə bitir? 18:42 Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 All News