Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək

Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
14.07.2026 10:31 Cəmiyyət

Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.

Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil:

“Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır”.


Vüqar Oruc

Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:

“Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.

Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur”.

TodayPress TV

PHOTOS

Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək — 1
NEWS FEED
14 JULY 2026
İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı 11:12 Slovaklar Ağdamda milli qəhrəmanın adına məktəb tikirlər 11:09 İlham Əliyev Emmanuel Makronu təbrik etdi 11:05 Avropa İttifaqının Kipr üzrə nümayəndə təyinatı rədd edildi 11:00 Tehran raket taktikasını dəyişdi: 1500 kilometr məsafədə ABŞ mərkəzini vurdu 10:39 İran 200 ballistik raketi Xameneinin meyiti ilə ölkə boyu gəzdirdi - Silahları daşıyan qatar alışdı, bombalar və əsgərlər məhv oldu 10:32 Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək 10:31 All News