"Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər

"Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər
08.07.2026 14:02 Cəmiyyət

Jurnalist Qafqaz Rafiqoğlu atasının uzun illərdir davam edən kompensasiya problemi ilə bağlı ilk dəfə ictimaiyyətə müraciət edib. 

Todaypress TV xəbər verir ki, Qafqaz Rafiqoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, son yeddi il ərzində yaşadıqları problemləri ictimailəşdirməməsinin əsas səbəbi dövlətin ədalətinə olan inamı olub.

"Bilənlər bilir ki, atamın başına gələnlərdən sonra nələr çəkmişik. Mən bu 7 ildə problemimiz haqqında bir kəlmə də yazıb ictimailəşdirməyi özümə rəva bilməmişəm. Çünki dövlətin ədalətinə güvənmişəm. Məsələni indi ictimailəşdirməyimin səbəbi isə xoşagəlməz halların, hətta faciənin qarşısının alınması üçün addımların atılmasıdır".

Jurnalist paylaşımında "Eurohome" bazarında baş vermiş yanğından sonra atasına ödənilməli olan kompensasiyanın bu günədək verilmədiyini iddia edib.

Onun sözlərinə görə, iş adamı Azay Möhnətov kompensasiyanın ödənilməsi ilə bağlı illərlə vədlər versə də, sonradan mövqeyini dəyişib:

""Eurohome" bazarı yanandan sonra atama ödəməli olduğu kompensasiyanı beş il ərzində "verəcəyəm" deyə uzatdıqdan sonra son söz "get hara şikayət edirsən et" oldu. Əslində bu sözünü də təsdiqləmiş oldu. Hələ ki, etdiyimiz şikayətlər cavabsız qalıb. Amma bizim inamımız tükənməyib. Xüsusi olaraq qeyd edim ki, Azay Möhnətov kompensasiyanın ödənilməsi üçün iki böyük qurumda və mötəbər şəxslər qarşısında söz vermişdi. Dövlətimizə və hökumətə hörmətimizdən həmin qurumların adını heç vaxt hallandırmamışıq".

Sonda Qafqaz Rafiqoğlu bildirib ki, ailəsinin yeganə tələbi ünvanladıqları müraciətlərə baxılması və məsələnin qanun çərçivəsində həll olunmasıdır.

“Bu gün istəyimiz yalnız atamın son bir ildə dəfələrlə ünvanladığı şikayət və məktublara baxılması və Azay Möhnətov adlı "Böyük Güc" qarşısında dövlətin ədalətinin təmin edilməsidir".

Türkan İsgəndərli

Todaypress TV

NEWS FEED
08 JULY 2026
Hörmüz ABŞ və İranın boğazında qalıb 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Prezident bu şəxslərə diplomatik rütbə verdi - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 "Eurohome"un rəhbəri Azay Möhnətov jurnalist və ailəsini incitdi - Dövlətə müraciət etdilər 14:02 XİN başçısından kritik çağırış: Başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak cinayətdir! 14:00 Tramp Türkiyəyə gəlib, əlimiz çatır, vuraq - İranlı deputat 13:55 Trampın Türkiyəyə verəcəyi F-35-lər KAAN-ı göməcək? 13:38 NATO-nun Ankara sammiti Türkiyəni dünya gücünə çevirdi - TƏHLİL 13:35 Ruttedən Putinə sərt xəbərdarlıq: "Bizimlə oyun oynamayın" 13:17 All News