Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?

Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?
22.05.2026 17:09 Cəmiyyət

"Bu il Azərbaycanda qurbanlıq qoyun və ətin qiymətləri əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb". 

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, hazırda bazarlarda orta ölçülü qurbanlıq qoyunların qiyməti təxminən 350 manatdan başlayır və heyvanın çəkisinə, cinsinə, köklüyünə görə 500-600 manata qədər yüksəlir:

"Daha iri və yaxşı bəslənmiş qoyunlar isə bundan da baha satılır. Bölgələrdə qiymətlər Bakıya nisbətən bir qədər münasib olsa da, ümumi artım hər yerdə hiss olunur. Qoyun ətinin kiloqramı isə təxminən 16-20 manat arasında dəyişir. Bayrama yaxın günlərdə tələbat artdığı üçün qiymətlərin bir qədər də yüksələcəyi gözlənilir".

Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi yem, ot, dərman və heyvandarlıq xərclərinin bahalaşmasıdır:

"Fermerlər bildirirlər ki, son illərdə heyvan saxlamaq əvvəlki qədər sərfəli deyil. Yanacaq və daşınma xərclərinin artması da qiymətlərə təsir edir. Üstəlik, Qurban bayramı yaxınlaşdıqca alıcı sayı çoxalır və bu da bazarda qiymətin aşağı düşməsinə imkan vermir". 

İqtisadçı vurğulayıb ki, Azərbaycan ailələrinin büdcəsi baxımından vəziyyət hamı üçün eyni deyil. Yüksək və orta gəlirli ailələr üçün qurbanlıq almaq mümkün olsa da, aylıq gəliri az olan ailələr üçün 400-500 manatlıq qoyun almaq ciddi maliyyə yükünə çevrilib:

"Xüsusilə kirayədə yaşayan, kredit ödəyən və çoxuşaqlı ailələr üçün bu məbləği birdəfəlik xərcləmək çətin olur. Buna görə son illərdə insanlar daha çox bir neçə nəfərin birləşib iri heyvan kəsməsinə və ya qurbanı pay şəklində etməyə üstünlük verirlər. Bəziləri isə daha münasib qiymət tapmaq üçün bölgələrdən heyvan almağa çalışır. Bununla yanaşı, cəmiyyətdə qurban ibadətinin sosial tərəfi də güclüdür. Bir çox insan qiymət baha olsa belə, bu ibadəti yerinə yetirməyə çalışır, çünki həm dini baxımdan önəmli hesab olunur, həm də ehtiyacı olan insanlara yardım etmək məqsədi daşıyır".

Akif Nəsirli əlavə edib ki, bu il qurbanlıq xərcləri Azərbaycan ailələrinin büdcəsinə əvvəlki illərlə müqayisədə daha ağır təsir edəcək.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 All News