Bakının zeytunluqları məhv edildi - İqtisadiyyat nələri itirdi?

Bakının zeytunluqları məhv edildi - İqtisadiyyat nələri itirdi?
10.06.2026 15:07 Cəmiyyət

Bakı və Abşeron yarımadasında sovet dövründən qalan minlərlə zeytun ağacının meyvələrinin istifadə olunmadan məhv olması, həmçinin bu ağacların sahibkarlara verilməsi imkanları zaman-zaman müzakirə olunur. 

Maraqlıdır, əgər bu ağaclar faydalı istifadə olunarsa və ya sahibkarlara verilərsə, zeytun yağının qiymətində dəyişiklik ola bilər?

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli TodayPress TV-yə danışarkən bildirib ki, həmin ağacların iqtisadi dövriyyəyə cəlb edilməsi faydalı olsa da, bunun zeytun yağının qiymətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir.


Onun sözlərinə görə, hazırda ölkədə, xüsusilə Abşeron yarımadasında zeytun istehsalı ilə məşğul olan çoxsaylı aqroparklar fəaliyyət göstərir:

"Bu gün ölkəmizdə, xüsusilə də Abşeron yarımadasında zeytun istehsalı ilə məşğul olan çoxsaylı aqroparklar fəaliyyət göstərir. Həmin aqroparklarda satış və ixrac məqsədilə xeyli miqdarda zeytun istehsal olunur, eyni zamanda zeytun yağı emal edilir. Bu fəaliyyət ölkənin ixrac potensialına da müsbət təsir göstərir".

Ekspert hesab edir ki, mövcud ağacların sahibkarlara verilməsi bazarda qiymətlərin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olmayacaq:

"Mən düşünmürəm ki, həmin zeytun ağaclarının sahibkarlara verilməsi qiymətlərə əhəmiyyətli təsir göstərə və ya onların azalmasına səbəb ola bilər. Çünki bu ağaclardan yığılan məhsulların məhsuldarlığı, keyfiyyəti, həmçinin ixrac və digər istifadə məqsədləri üçün yararlılığı ayrıca qiymətləndirilməlidir. Digər tərəfdən, həmin ağacların inventarlaşdırılması aparılmalı, onların sayı dəqiqləşdirilməlidir. Ağaclar müxtəlif ərazilərdə yerləşdiyindən məhsulun yığılması və daşınması ilə bağlı əlavə xərclər yaranır. Bu xərclər də son nəticədə məhsulun maya dəyərinə təsir göstərir".

İqtisadçının fikrincə, əsas məqsəd zeytun məhsulunun israf edilməsinin qarşısını almaqdır:

"Burada əsas məsələ ondan ibarətdir ki, həmin məhsulların kənd təsərrüfatı məhsulu kimi israf olunmasının və ya məhv olmasının qarşısı alınsın. Bu baxımdan alternativ yanaşma kimi məhsulların könüllülər və ya yerli sakinlər tərəfindən toplanaraq emal müəssisələrinə təhvil verilməsi üçün imkanlar yaradıla bilər. Belə bir model həm məhsul itkisinin qarşısını ala, həm də əhalinin əlavə gəlir əldə etməsinə şərait yarada bilər. Bu, insanların müəyyən əlavə gəlir əldə etməsinə şərait yaradar və müsbət nəticələr verər. İnsanlar yaşadıqları əraziyə yaxın olan ağaclardan məhsul toplayaraq bundan gəlir əldə edə bilərlər".

Eyyub Kərimli əlavə edib ki, bu proses həyata keçirilərsə, ağacların saxlanılması və texniki qulluğu ilə bağlı məsuliyyət məsələsi də nəzərə alınmalıdır:

"Lakin bu halda da həmin ağacların texniki qulluğu və saxlanılması ilə bağlı müəyyən öhdəliklərin bu işə cəlb olunan şəxslər tərəfindən üzərinə götürülməsi məqsədəuyğun olardı", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 All News