Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO

Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
16.01.2026 14:50 Cəmiyyət

Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.

TodayPress TV xəbər verir ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.

Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:

1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);

2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);

3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);

4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).

Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.

Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

TodayPress TV

FOTOLAR

Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 1
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 2
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 3
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 4
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 5
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 6
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 7
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 8
Yeni avtomobil yolunun tikintisi davam etdirilir - FOTO — 9
XƏBƏR LENTİ
15 AVQUST 2026
“Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib 12:59 Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşır 12:54 İsrail Ordusu Livanı vurdu: ölənlər var 12:46 Ukraynanın “Patriot” ehtiyatı tükənir: NATO çıxış yolu tapa bilmir 12:37 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarıldı 12:21 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 12:17 İspaniyada zəlzələ - Evlərə və maşınlara ziyan dəydi - VİDEO 12:08 Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO 12:04 Bakı metrosunda 11 aylıq dəyişiklik: sərnişinləri nə gözləyir? 11:37 Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 Mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı - VİDEO 11:21 Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu 11:13 Rusiyanın əsas raket-kosmik mərkəzinə "Flamingo" hücumu - VİDEO 11:01 Hörmüz boğazında yük gəmisinə hücum edildi 10:36 Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər? 10:25 Küləkli havada dənizə girənlərə XƏBƏRDARLIQ! 10:09 Astarada gənc qız evinin həyətində ölü tapıldı 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 Dünya bazarında neftin qiyməti yüksəldi 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Bütün Xəbərlər