Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?

Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?
29.04.2026 15:56 Cəmiyyət

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır".

Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.


Onun sözlərinə görə, yol layihələri yalnız formal qəbuldan deyil, mərhələli və ciddi texniki yoxlamalardan keçməlidir:

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır. İşlər layihə üzrə mərhələli texniki qəbuldan keçirilməli, hər mərhələdə müstəqil texniki nəzarətçi tərəfindən yoxlanılmalı və yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra növbəti mərhələyə icazə verilməlidir".

Ekspert əlavə edib ki, yol örtüyünün keyfiyyəti yalnız vizual yoxlama ilə deyil, laborator və sahə ölçmələri ilə təsdiqlənməlidir:

"Asfalt örtüyünün qalınlığı, sıxlığı və hamarlığı laborator və yerində ölçmələrlə təsdiqlənməli, kənar hissələrdə bərabər səviyyə və drenaj sistemi tam işlək vəziyyətdə olmalıdır".

Mütəxəssis həmçinin podratçı şirkətlərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, zəmanət mexanizmi yol keyfiyyətinə birbaşa təsir göstərir:

"Podratçıya minimum 2-5 il zəmanət öhdəliyi qoyulmalı və bu müddətdə yaranan çöküntü, çat və ya çalalar onun hesabına aradan qaldırılmalıdır. Yolun istifadəyə verilməsindən əvvəl təhlükəsizlik auditi aparılması mütləqdir. Yol təhvil verilməzdən əvvəl təhlükəsizlik auditi keçirilməli, xüsusilə piyada zonaları, kənar boşluqlar və açıq sahələr risk baxımından qiymətləndirilməlidir. İş bitdikdən sonra rəqəmsal monitorinq – foto və video hesabatlar, GPS izləmə, ictimai müraciət platformaları vasitəsilə operativ nəzarət qurulmalı və vətəndaş şikayətləri üzrə sürətli reaksiya mexanizmi işləməlidir".

Adil Nəbiyev beynəlxalq standartların yerli normativlərə inteqrasiyasının vacibliyini qeyd edib:

"Standartlar beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq (məsələn, ISO və AASHTO kimi qurumların yol tikinti və təhlükəsizlik normaları) yerli normativ aktlara inteqrasiya olunmalı, pozuntulara görə maliyyə sanksiyaları və podratçı reytinq sistemi tətbiq edilməlidir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 All News