Azərbaycanda ikinci əl avtomobillərə tələbat yenidən artacaq - Ekspert

Azərbaycanda ikinci əl avtomobillərə tələbat yenidən artacaq - Ekspert
18.11.2025 15:37 Cəmiyyət

"Azərbaycanda gələn ildən qüvvəyə minəcək yeni tələblər və vergi dəyişiklikləri fonunda ikinci əl avtomobillərə maraq yenidən artacaq".

Bunu nəqliyyat eksperti Adil Nəbiyev  TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, Çin istehsalı avtomobillər bazara daxil olmadan əvvəl ölkədə daha çox ikinci əl avtomobillərə üstünlük verilirdi. Buna səbəb yeni avtomobillərin baha olması idi:

"Yeni avtomobillər əlçatan deyildi, buna görə də alqı-satqının böyük hissəsini işlənmiş avtomobillər təşkil edirdi. Son illərdə taksi fəaliyyəti üçün qoyulan tələblərin sərtləşməsi yeni avtomobillərə marağı artırsa da, bu uzunmüddətli olmayacaq. Çin maşınları daha ucuz olduğu üçün taksi sürənlərin çoxu onları alırdı. Amma yeni ildən vergi və ƏDV ilə bağlı dəyişikliklər səbəbindən Çin avtomobilləri bahalaşacaq. Bu da ikinci əl avtomobillərə tələbatı artıracaq.

Ekspert hesab edir ki, keyfiyyətli ikinci əl avtomobil bir çox hallarda daha etibarlı seçim ola bilər:

"Almaniya, Yaponiya, Koreya istehsalı olan avtomobillər düzgün qulluq olunubsa, qəzasızdırsa və yürüşü ilə oynanılmayıbsa, 10-15 il problemsiz xidmət göstərə bilər. İkinci əl avtomobil alarkən peşəkar ustaya göstərmək və kompüter diaqnostikası vacibdir. Amerikadan gətirilən bəzi maşınlar suya düşmüş olur, bu isə sonradan ciddi problemlər yarada bilir. Mütləq elektronika, mühərrik, sürətlər qutusu və alt hissə yoxlanılmalıdır".

Mütəxəssis əlavə edib ki, qəzalı avtomobillərdə ən böyük risk daşıyıcı konstruksiyanın, xüsusilə lonjeronların zədələnməsidir:

"Bəzən aşıb düzəldilmiş avtomobillər olur. Çöldən yaxşı görünsə də, yolda əyri gedir və idarəetmədə problemlər yaradır. 5-10 il işlənmiş avtomobillər eyni modelin yenisindən təxminən iki dəfə ucuz olur. Azərbaycanın gəlir reallığını nəzərə alsaq, bu daha uyğun variantdır. Xarici təcrübədə də belədir ki, insan aldığı maşının dəyəri iki illik maaşını keçməməlidir".

Adil Nəbiyev vurğulayıb ki, yeni avtomobil almaq imkan daxilindədirsə, əlbəttə üstünlük verilə bilər, lakin lizinqdə qiymət ikiqat bahalaşdığı üçün risk yaradır.

O, Azərbaycanda ən çox sürülən avtomobil markalarını sadalayıb:

"Bizdə Alman maşınları daha çox sevilir. Yapon istehsalı "Toyota", "Honda", eləcə də Koreyanın "Hyundai" və "Kia markaları geniş yayılıb. "Mercedes" və "BMW" isə illərdir ən populyar markalardandır. İqtisadi reallıqları nəzərə alaraq ikinci əl avtomobillərə tələbatın artımı davam edəcək", - deyə ekspert qeyd edib.

Türkan İsgəndərli

 TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
"Akkuyu" AES-də elektrik istehsalına başlanılır 01:34 Argentinada liman BÖHRANI: Onlarla taxıl gəmisi ilişib qaldı 01:30 Sakinlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə işıq olmayacaq 01:24 Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı 23:37 Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı 23:20 "İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian  23:13 Çin nüvə zərbəsi endirə bilən təyyarəni nümayiş etdirdi - VİDEO 23:03 İnsan sayı azalsa, nə baş verəcək? - Alimlərdən mübahisəli proqnozlar 22:57 Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu? 22:48 Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI 21:23 Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var 21:10 Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi 21:05 Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi” 20:51 Bütün Xəbərlər