Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı

Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı
06.07.2026 17:51 Cəmiyyət

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

"Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər", - AZAL-dan bildirilib.

TodayPress TV

NEWS FEED
06 JULY 2026
“Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 All News