“Avromed Company” MMC müasir texnologiyalı farmasevtik deposuna media turu təşkil etdi

“Avromed Company” MMC müasir texnologiyalı farmasevtik deposuna media turu təşkil etdi
28.11.2025 15:39 Cəmiyyət

“Avromed Company” MMC media nümayəndələri üçün şirkətin Binə qəsəbəsində yerləşən müasir deposuna media tur təşkil edib. Tur çərçivəsində jurnalistlər ümumi sahəsi 10 000 m² olan kompleksin iş prinsipləri, logistika ardıcıllığı, depo əməliyyatlarının idarə olunması və mövcud keyfiyyətə nəzarət sistemi ilə yaxından tanış olublar.

TodayPress TV xəbər verir ki, media nümayəndələri məhsulların qəbulundan çeşidlənməsinə, saxlanmasından yığılmasına qədər bütün mərhələləri yerində müşahidə ediblər.

Təqdimat zamanı depo zonalarının strukturu, məhsulların saxlanma şəraiti və logistikanın avtomatlaşdırılmasına dair geniş məlumat verilib. Mütəxəssislər bildirib ki, mezon və konveyer sistemi məhsulların dayanmadan və fasiləsiz şəkildə hərəkətini təmin edir. WMS Qguar Pro idarəetmə platforması isə bütün əməliyyatları real vaxt rejimində izləyərək prosesi daha sürətli, dəqiq və çevik edir. Həmçinin jurnalistlərə TSD terminalları vasitəsilə seçmə prosesinin minimal məsafə prinsipi əsasında necə optimallaşdırıldığı nümayiş etdirilib.

Təqdimat zamanı həmçinin vurğulanıb ki, “Avromed Company” MMC yaxın gələcəkdə robot texnologiyalarını iş prosesinə inteqrasiya etməyi planlaşdırır. Qeyd olunub ki, bu yenilik işçi sayının azaldılması məqsədi daşımır. Əksinə, müasir robotik həllər, əməliyyatların daha dəqiq, sürətli və standartlaşdırılmış şəkildə aparılmasına, logistika zəncirinin isə qlobal tələblərə uyğunlaşdırılmasına xidmət edəcək. Bu texnologiyalar əməkdaşların iş yükünü azaltmaqla onların daha strateji və analitik proseslərə fokuslanmasına imkan verəcək.

Media tur sual-cavab sessiyası ilə davam edib və jurnalistlər depo əməliyyatları, məhsul axınının idarə olunması və logistika proseslərinin təkmilləşdirilməsi ilə bağlı əlavə məlumatlar əldə ediblər. 

2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC bu gün Azərbaycanda əczaçılıq sektorunun aparıcı distribüterlərindən biridir. Şirkət 40-dan çox ölkədən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə apteklər, klinikalar və xəstəxanalar üçün fasiləsiz təchizat zənciri qurub. Avromed müasir logistika sistemləri və yüksək keyfiyyətli məhsulları ilə bazarda etibarlı və yenilikçi liderlərdən biri kimi tanınır.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 All News