Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO

Ağır qəzada həlak olan Məryəmin orqanları altı nəfərə həyat verdi - VİDEO
17.06.2026 22:33 Cəmiyyət

Bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində həyatını itirən Məryəm Əliyeva Gəncədə son mənzilə yola salınıb. Mərhumun ölümündən sonra yayılan xəbər isə demək olar ki, hər kəsi təsirləndirib. Belə ki, onun orqanlarının bağışlanması nəticəsində altı nəfər yaşamaq şansı qazanıb.

TodayPress TV xəbər verir ki, mərhumun qohumu Nicat Əliyev qəza barədə Baku TV-yə danışıb.

"Hadisə Bakıda, Babək prospektində baş verib. Avtomobildə sərnişin kimi gedirdi. Qəza nəticəsində beyin zədəsi almışdı. Xəstəxanaya çatdırıldıqdan sonra beyin ölümü qeydə alındı. Orqan donorluğu ilə bağlı qərar ailənin, xüsusilə də valideynlərin qərarı idi. Onlara bu barədə təklif olundu və valideynlər tərəddüd etmədən razılıq verdilər.

Bu, çox ağır və çətin qərar idi. Belə acılı gündə bunu etmək heç də asan deyil. Sən demə, Məryəm də dostlarına deyirmiş ki, əgər donor ola biləcəyini bilsə, bir saniyə belə tərəddüd etməzdi.

Ailə düşündü ki, bu addımla bir neçə insan həyata qayıda bilər. Elə də oldu. Altı nəfərin həyatı xilas edildi", - o deyib.

Qeyd edək ki, mərhum Məryəm Əliyeva bloqer Nərmin Əliyevanın bacısı olub. Bu barədə bloqerin özü də məlumat verərək bacısının orqanlarının altı nəfərə həyat verdiyini bildirib.

TodayPress TV

NEWS FEED
02 AUGUST 2026
Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 All News