16 yaşdan kiçik olana necə nəzarət ediləcək ki, "Tik-Tok"a girməsin?

16 yaşdan kiçik olana necə nəzarət ediləcək ki, "Tik-Tok"a girməsin?
09.06.2026 12:15 Cəmiyyət

Sosial şəbəkələrdə yaş saxtakarlığına son: Yeni sistem necə işləyəcək?

Azərbaycanda sosial media platformalarına qoşulmaq üçün minimum yaş həddinin 16 olaraq müəyyənləşdiriləcək. Müzakirələr zamanı əsas suallardan biri isə bu məhdudiyyətin praktikada necə tətbiq olunacağıdır. Çünki hazırda əksər platformalarda istifadəçilər qeydiyyat zamanı yaşlarını özləri bəyan edir və bu məlumatın doğruluğunu yoxlamaq həmişə mümkün olmur. 

Bəs yaş məhdudiyyəti texniki baxımdan necə nəzarətdə saxlanıla bilər?

Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov TodayPress TV-yə bildirib ki, sosial media platformalarında istifadəçilərin qeyd etdiyi yaş məlumatları əksər hallarda reallığı tam əks etdirmədiyi üçün nəzarət mexanizmləri daha etibarlı texnoloji həllər üzərində qurulmalıdır:


"Platformalarda istifadəçilərin öz təyin etdiyi yaş bəyanatları çox vaxt reallığı əks etdirmir. Buna görə də rəqəmsal nəzarət mexanizmlərinin sadəcə formal yaş seçimi üzərində deyil, texnoloji və çarpaz doğrulama sistemləri üzərində qurulması zəruridir. Qanun layihəsində təklif olunan bu mühüm rəqəmsal siyasət addımının praktikada effektiv işləməsi üçün ən rasional mexanizm sosial media platformalarının qlobal mobil ekosistemlərin – "Apple" və "Google"un daxili təhlükəsizlik qatları ilə inteqrasiyasıdır".

Onun sözlərinə görə, bu modeldə yaşın yoxlanılması sosial şəbəkələrin daxili formaları vasitəsilə deyil, birbaşa cihazın əməliyyat sistemi səviyyəsində həyata keçirilir:

"Hazırda smartfonların ilkin quraşdırılması zamanı valideynlər tərəfindən idarə olunan xüsusi Uşaq Hesabı statusu mövcuddur. Bu sistem cihaz sahibinin real yaşını rəqəmsal ekosistemdə qeydiyyata alır. Yeni sosial şəbəkə tətbiqi yüklənərkən və ya qeydiyyat cəhdi zamanı tətbiqin daxili arxitekturası cihazın əməliyyat sistemində saxlanılan yaş məlumatını avtomatik şəkildə oxuya bilir".

Ekspert bildirib ki, istifadəçi sosial media platformasında fərqli yaş göstərsə belə, cihaz səviyyəsində qeyd olunan məlumat əsas götürülə bilər.

"İstifadəçi platformada formal olaraq öz yaşını fərqli seçsə belə, cihazda qeyd olunan yaş 16-dan aşağıdırsa, sistem qeydiyyat prosesini dərhal dayandıra bilər. Bu, yaş məhdudiyyətinin texniki baxımdan daha effektiv tətbiqinə imkan yaradır".

Elvin Abbasov vurğulayıb ki, 16-18 yaş arası yeniyetmələr üçün isə valideyn nəzarətini təmin edən əlavə mexanizmlərin tətbiqi mümkündür:

"Bu inteqrasiya sayəsində 16-18 yaş qrupu üçün valideynin smartfonuna real vaxt rejimində rəqəmsal razılıq bildirişi göndərilə bilər. Valideyn öz cihazı üzərindən təsdiq vermədiyi halda yeniyetmənin sosial şəbəkədə hesab yaratması texniki olaraq mümkün olmur. Beləliklə, həm valideyn nəzarəti güclənir, həm də uşaqların rəqəmsal təhlükəsizliyi daha etibarlı şəkildə təmin edilir".

Onun fikrincə, əməliyyat sistemi səviyyəsində qurulan bu cür inteqrasiya istifadəçi təcrübəsini ləngitmir, fərdi məlumatların təhlükəsizliyini qoruyur və qanunvericiliyin praktik tətbiqini daha səmərəli edir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 All News