"Şovinist dairələr bizə başqa seçim buraxmadı" – “Washington Post” nəyi təsdiqləyir?

"Şovinist dairələr bizə başqa seçim buraxmadı" –  “Washington Post” nəyi təsdiqləyir?
26.01.2026 15:53

“ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə çatıb”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.   


O qeyd edib ki, nüfuzlu “Washington Post” qəzetində İran və Güney Azərbaycanın gələcəyi barədə dərc olunmuş məqalə Ağ Evin İran siyasətinin “yol xəritəsi”ni müəyyənləşdirməsi baxımından faydalıdır:     

“Məqalədə İranda farsların əsasən Tehran və İsfahan ətrafındakı mərkəzi ərazilərdə cəmləşdiyi, ölkənin sərhəd boyu ərazilərində isə digər xalqların, o cümlədən azərbaycanlıların üstünlük təşkil etdiyi qeyd olunur”.   

Analitik bildirib ki, məqalənin müəllifi İranda yaşayan azərbaycanlıların Türk-Azərbaycan kimliyinə daha çox maraq göstərdiyini, Azərbaycanın isə Avropa ilə inteqrasiyaya can atdığını və NATO standartlı ordusu olduğunu vurğulayır. O, Azərbaycanın dünyəvi dövlət olmasından zövq aldığı bir vaxtda, İslam Respublikasının iqtisadi uğursuzluq və təcrid şəraitində olduğunu xatırladır:

“Müəllif qeyd edir ki, İranda şiddətli daxili münaqişə baş verərsə, böyük ehtimalla Azərbaycan və Türkiyə İrandakı soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala bilər”.

Politoloq vurğulayıb ki, müəllif başqa bir önəmli nəticəyə də gəlib: 

"Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlılar yalnız indiki rejimlə deyil, həm də fars millətçi diktaturasının əleyhinədirlər. Bu, azərbaycanlıların keçmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə qayıdışı əleyhinə olduqlarına işarədir".

Ekspert diqqətə çatdırıb ki, məqalədə Vaşinqtonun İranla bağlı planlar qurarkən Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmənin vacibliyi də vurğulanıb.

E.Şahinoğlu həmçinin bildirib ki, ABŞ-Azərbaycan tərəfdaşlığı güclənir: 

"ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə qalxıb. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Azərbaycana və Ermənistana səfər edəcək. Tramp paylaşdığı son statusda Azərbaycanla tərəfdaşlığı gücləndirmək istədiyini bildirib. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ Azərbaycana müdafiə avadanlıqları satmağı planlaşdırır".

Onun qənaətincə, ABŞ ilə tərəfdaşlığı gücləndirmək Azərbaycanın zəruri seçimidir: 

"Rusiya və İranda şovinist dairələr bizə başqa seçim qoymayıb. İran mühafizəkarları “Zəngəzur dəhlizinə qarşıyıq”dediyi dönəmdə Vaşinqton “Zəngəzur dəhlizi olacaq”deyərək ötən ilin avqustun 8-də Ağ Evdə müvafiq sazişi imzalayıb".

O sonda əlavə edib ki, İran yalnız hədələrlə çıxış edir: 

"İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfəri zamanı “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” sözləri ilə təhdid edərkən, Donald Tramp “Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyik” deyir. Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük vermək əsaslıdır. Qonşularla təhdid dili ilə danışmağa davam edən İran isə dəyişikliklərə məhkumdur. Bunu yalnız bir qonşu ölkədəki mühafizəkarlar anlamır, anlayanlar isə müxtəlif ssenarilərə hazırlaşırlar. “Washington Post” qəzetində dərc olunan məqalə bunu təsdiqləyir".

Jalə Rövşən

TodayPress TV 

NEWS FEED
20 AUGUST 2026
Bangladesh elects new president 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Turkey responds strongly to Netanyahu’s threats: “We will thwart his plans” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO issues urgent alert: Tanker seized off Yemen coast 15:40 Where are the billions allocated to Ukraine? Former Mossad officer given special task 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 All News