Azərbaycan Borçalını itirdi?

Azərbaycan Borçalını itirdi?
10.08.2026 10:29 Təhlil

Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı, təhsil məsələləri və dini təsirlər barədə fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, əvvəlki dövrlərdə Gürcüstandakı azərbaycanlı icmasının qarşısında dayanan əsas məsələlərdən biri təhsillə bağlı olub.


Deputat bildirib ki, əsas hədəflər məktəblərin fəaliyyətinin qorunması, Azərbaycan dilində tədrisin azaldılmasının qarşısının alınması və müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması idi:

"Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın. Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər".

Fazil Mustafa hesab edir ki, bu istiqamətdə proseslər ləng də olsa irəlilədiyi vaxt azərbaycanlı icmasının dini duyğuları üzərindən fərqli təsir mexanizmləri formalaşdırılıb:

"Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar".

Onun fikrincə, nəticədə diqqət tədricən təhsil və ictimai-siyasi inteqrasiya məsələlərindən uzaqlaşaraq kənardan idarə olunan dini icma modelinə yönəlib.

"Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu, təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdi, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü".

Millət vəkili hazırda əsas problemlərdən birinin Gürcüstanın azərbaycanlı icması daxilində gürcü dilini mənimsəyən, dövlət qulluğunda və ictimai-siyasi həyatda rəqabət apara biləcək dünyagörüşlü qüvvələrin zəifləməsi olduğunu düşünür.

"İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Azərbaycan Borçalını itirdi? — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Bütün Xəbərlər