Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?

Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?
18.11.2025 14:23

“Rusiya-Hindistan sammitinin üç həftə sonra Yeni Dehlidə keçirilməsi Moskvanın Asiya istiqamətini dirçəltmək cəhdinin növbəti epizodudur”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin uzun fasilədən sonra Hindistana səfər etməklə “biz buradayıq” mesajı vermək istəyir, amma Kremlin regional çəkisi əvvəlki kimi deyil:

“Moskva hələ də Ukrayna müharibəsinin ağır yükündən çıxa bilmədiyi üçün Asiya tərəfdaşlığı onun üçün seçim yox, məcburiyyətə çevrilib. Hindistan isə bu prosesi soyuq başla izləyir, çünki Dehli Moskvanın zəifləməsinin fərqindədir və Rusiya ilə münasibətləri tam əvvəlki intensitetdə saxlamaq istəmir. Baş nazir Narenda Modi hökuməti Qərb bazarlarına daha çox inteqrasiya olunub, buna görə də Rusiyanı həddindən artıq yaxın buraxmaqda tərəddüd edir. Eyni zamanda Hindistanın “çoxvektorlu siyasət” adlanan xətti bəzən həddindən artıq oynaq görünür, nə Vaşinqtondan, nə də Moskvadan tam açıq mesaj almadan özünü regional super oyunçu kimi göstərməyə çalışır. Kremlin də bu qeyri-müəyyənliklə barışmaqdan başqa yolu yoxdur. Buna baxmayaraq, Putin sammitdə iştirak etməyə ciddi hazırlaşır, çünki Hindistan Rusiya üçün həm bazar, həm də diplomatik oksigen rolunu oynayır. Amma Moskva bəzən bu münasibəti artıq “təbii müttəfiqlik” kimi təqdim edir ki, bu da reallığı çox şişirdir. Hindistan isə öz növbəsində bəzən Rusiya ilə tarixi münasibətlərə həddindən artıq nostalji ilə yanaşır və bunu real geosiyasi tələblərlə uzlaşdıra bilmir”.

Ekspertin fikrincə, sammit olsa belə, böyük dönüş gözləmək çətindir. Çünki iki ölkə də qarşılıqlı maraqları etiraf etsə də, strateji sinxronluq əvvəlki dövrdəki kimi möhkəm deyil. 

Buna baxmayaraq T.İsmayılov düşünür ki, Putin səfərə gedə bilər:

“Sadəcə nəticələrin parlaq olacağını gözləmək illüziya olardı”.

Qeyd edək ki, üç həftə sonra Yeni Dehlidə Rusiya-Hindistan sammiti gözlənilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşdə deyib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Prezident Vladimir Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, hazırda fəal hazırlıq gedir.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Bangladesh elects new president 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Turkey responds strongly to Netanyahu’s threats: “We will thwart his plans” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO issues urgent alert: Tanker seized off Yemen coast 15:40 Where are the billions allocated to Ukraine? Former Mossad officer given special task 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 All News