"Toxumçuluq haqqında" qanun layihəsi müzakirə edilir

"Toxumçuluq haqqında" qanun layihəsi müzakirə edilir
25.06.2026 11:05 Kənd Təsərrüfatı

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Toxumçuluq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

TodayPress TV xəbər verir ki, Azərbaycanda dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur ki, bunun üçün də fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır. Toxum istehsalının inkişaf etdirilməsi istehsal xərclərini azaldır, bitkiçilik məhsullarının iqtisadi səmərəliliyini və əlçatanlığını artırır, idxala sərf olunan vəsaitin ölkədə qalmasına imkan verir.

Qanun layihəsi müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.

Layihəyə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar isə mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir.

Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanun layihəsində toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Layihədə nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Qanun layihəsi həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. Belə ki, qüvvədə olan qanuna əsasən yüksək nəsilli toxumlar kvota əsasında istehsal edilirdi ki, bu da bazar iqtisadiyyatı şəraitində rəqabəti əngəlləyirdi. Yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla, özəl seleksiya və özəl ilkin toxumçuluğun inkişafına şərait yaradacaq.

Keyfiyyət və beynəlxalq uyğunluq baxımından kənd təsərrüfatı bitki sortlarının toxumlarının kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılaraq artırılma mərhələsindən asılı olaraq orijinal, elit və sertifikatlı toxum (C1, C2 və birinci nəslin hibrid toxumları) kimi müəyyən edilir, sertifikatlaşdırılmış toxumların etiketində toxuma aid tam və detallı məlumatların əks olunması tələbi isə toxum marketinqi sahəsinin inkişafına təkan verir. Eyni zamanda hüquqi və fiziki şəxslərə yalnız öz əkinlərində təsərrüfat sınağı məqsədilə Dövlət Reyestrinə daxil edilməmiş bitki sortlarının toxumlarını idxal etmək imkanı verilməsi yeni sortların təsərrüfat şəraitində sınaqdan keçirilməsi və yararlılığının qiymətləndirilməsi üçün əlavə şərait yaradır.

Qanun layihəsi toxumçuluq sektorunda köklü islahat hesab edilməklə aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir edəcək. Layihənin qəbulu ilə gözlənilən əsas müsbət nəticələr aşağıdakılardır:

- özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafı üçün rəqabət mühitinin formalaşması;

- istehsal edilən toxumların keyfiyyət göstəricilərinin yüksəlməsi, vahid toxum sisteminin formalaşması və tənzimləmə-nəzarət tədbirlərinin asanlaşdırılması;

- toxum marketinqi sahəsinin inkişafı;

- yerli toxumçuluğun inkişaf etdirilməsi və idxal olunan toxumlara sərf olunan maliyyə vəsaitinin ölkədə qalması;

- keyfiyyətli sertifikatlı toxumdan istifadə hesabına məhsuldarlığın artırılması;

- əlverişli biznes mühiti hesabına sahəyə özəl investisiyanın cəlb edilməsi və toxum ixracının təşkili üçün münbit şəraitin yaradılması.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Bütün Xəbərlər