KTN Kürdəmirdə regional müşavirə keçirdi

KTN Kürdəmirdə regional müşavirə keçirdi
13.06.2025 17:43 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur. 

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Taxıl biçininin gedişatına həsr olunmuş daha bir müşavirə Kürdəmir rayonunda keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Kürdəmir, Hacıqabul, Zərdab, Ucar, Ağdaş, Göyçay, Qobustan, Ağsu və Şamaxı rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov bildirib ki, kənd təsərrüfatı ölkədə həm ərzaq təhlükəsizliyinin davamlı təmin olunması, həm də bölgələrdə məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır.

Bu sahənin inkişafına geniş dövlət dəstəyinin verilməsi taxılçılığın da inkişafına müsbət təsir göstərir. Biçin dövründə meydana çıxa biləcək çətinliklərin operativ şəkildə həllində bölgələrdə keçirilən bu formatlı tədbirlərin əhəmiyyət kəsb etdiyi deyən Elxan İbrahimov məhsulun itkisiz və vaxtında yığılması üçün bütün yerli qurumların koordinasiyalı şəkikdə işlədiyini vurğulayıb.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, taxıl biçininin operativ şəkildə təşkili üçün Nazirlik tərəfindən Tədbirlər Planı hazırlanıb bu plana uyğun olaraq “Aqroservis” ASC tərəfindən bölgələrdə texnikaya olan ehtiyac əvvəlcədən müəyyələşib.

Biçin ərəfəsində rayonların texnikaya olan ehtiyacına uyğun təminat həyata keçirilib və hazırda ölkənin Aran bölgəsində arpa sahələrində aktiv biçin həyata keçirilir. AXA rəhbəri hazırda toxumluq sahələrdə aprobasiya prosesi həyata keçirildiyini, arpa sahələrinin aprobasiyasının yekunlaşmaq üzrə olduğunu deyib.

Bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, eləcə də fermerlərin sertifikatlı toxuma əlçatanlığının artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü deyən Sərdar Hacıyev toxumluq taxıl sahələrində biçin prosesinin vaxtında aparılmasının, toxumların təmizlənərək sertifikatlaşdırılmasının vacibliyini önə çəkib. 

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli taxılçılq sahəsində mövcud vəziyyət və qarşıda duran əsas hədəflər barərədə məlumat verib.

Müşavirə iştirakçılarını respublika üzrə taxıl biçininin gedişinə dair operativ məlumatlarla tanış edən şöbə müdiri bildirib ki, prosesin mütəşəkkil qaydada həyata keçirilməsi üçün bütün rayonlar üzrə taxılyığan kombaynların dislokasiya planına nəzarət olunmalı, biçinə cəlb ediləcək mövcud kombaynlara vaxtında texniki baxış keçirilməli, nasaz vəziyyətdə olan texnikalarda isə təmir və sazlama işləri operativ şəkildə həyata keçirilməlidir. 

Tədbirdə çıxış edən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları rayonlar üzrə taxıl biçininin gedişi, meydana çıxan çətinliklər barədə məlumat veriblər. 

Müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklərin həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

FOTOLAR

KTN Kürdəmirdə regional müşavirə keçirdi — 1
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 2
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 3
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 4
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 5
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 6
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 7
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 8
KTN Kürdəmirdə regional müşavirə keçirdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Bütün Xəbərlər