İranda 9 qəpik, bizdə 1 manat: Gedişhaqqı qalxacaqmı?

İranda 9 qəpik, bizdə 1 manat: Gedişhaqqı qalxacaqmı?
29.08.2025 19:10 Gündəm

Son günlər sosial şəbəkələrdə və yerli mediada Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılır.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, gedişhaqqının 1 manat olacağı ilə bağlı iddialar səsləndirilir.

Hazırda müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün isə 3,7 qəpik təşkil edir.

Yayılan xəbərlər isə cəmiyyət arasında birmənalı qarşılanmayıb. Digər ölkələrdəki ictimai nəqliyyat qiymətləri ilə müqayisələr aparılmağa başlanılıb.

Bəs qonşu ölkələrdə ictimai nəqliyyat üçün nəzərdə tutulan ödəniş nə qədərdir?

Gürcüstanda bələdiyyə nəqliyyatında (metro, avtobus) 1 lari (63 qəpik) ilə 90 dəqiqə limitsiz pulsuz səyahət etmək mümkündür.


Bəzi paketlər isə yalnız abunə kartı ilə əldə oluna bilər. Belə ki, 3 lari (1,89 manat) ilə 1 günlük, 20 lari (12,62 manat) ilə 1 həftəlik, 40 lari (25,24 manat) ilə 1 aylıq, 100 lari (63,10 manat) ilə 3 aylıq, 150 lari (94,65 manat) ilə 6 aylıq, 250 lari (157,74) ilə isə 1 illik limitsiz səyahət imkanı qazanırsınız.

Bələdiyyə nəqliyyatında müxtəlif sosial statusa malik şəxslər üçün güzəştli və pulsuz tariflər də qüvvədədir. Abunə və “Metromani” kartlarını Tbilisi metrosunun bütün stansiyalarında yerləşən kassalardan, həmçinin Gürcüstan Bankının ekspress filiallarından almaq mümkündür. Kartın qiyməti 2 laridir (1,26 manat). Mobil tətbiqlə və ya nağd ödənişlə (yalnız nağd ödəniş aparatı olan avtobuslarda) ödəniş edildikdə sərnişin 90 dəqiqəlik limitsiz səyahət paketindən istifadə edə bilmir.

Rusiyanın paytaxtı Moskvanın ictimai nəqliyyatı metro, MCD (diametrlər), MCK (halqa xətti), BKL (böyük halqa), avtobus, elektrobus, tramvay, monorels və çay gəmilərini əhatə edir. Hər biri vahid tarif zonasında birləşir.


Burada “Troika” kartı əsas ödəniş vasitəsidir. Qiyməti 150 rubl (3,17 manat), istifadə müddəti isə 5 ildir. Balans artırmaq metro kassalarında, avtomatlarda, onlayn və tətbiqlərlə mümkündür.

1 gediş (metro, avtobus, tramvay, MCK) 67 rubl (1,41 manat) təşkil edir. 100 rubl (2,11 manat) ödəməklə 90 dəqiqəlik tarif (metro + yerüstü nəqliyyat) əldə etmək olar.

“Yedinı” (Единый) biletlərinin iki növü var:

                1.            Müəyyən sayda gediş:

                •             1 gediş – 80 rubl (1,69 manat)

                •             2 gediş – 160 rubl (3,38 manat)

Bu, qısa səfərlər və turistlər üçün daha uyğundur. Yalnız 5 gün etibarlıdır.

                2.            Limitsiz:

                •             1 gün – 365 rubl  (7,71 manat)

                •             3 gün – 720 rubl (15,20 manat)

                •             30 gün – 3 160 rubl (66,73 manat) (mərkəz üçün)

                •             90 gün – 7 650 rubl (161,55 manat) (mərkəz üçün)

                •             365 gün – 22 650 rubl (478,32 manat) (mərkəz üçün)

Eyni biletlə təkrar giriş 7–20 dəqiqə fasilədən sonra mümkündür.

“TAT” biletləri isə yalnız avtobus və tramvay üçündür. 30 gün üçün 2 000 rubl (42,24 manat), 90 gün üçün 5 300 rubl (111,93 manat) 365 günlük abunəlik üçün isə 16 400 rubl (346,34 manat) tələb olunur.

Türkiyənin İstanbul şəhərində ictimai nəqliyyatdan istifadə üçün əsas ödəniş vasitəsi "İstanbulkart" və "Mavi Kart"dır.


“İstanbulkart”la (Elektron kart) 1 nəfər üçün 27,00 lirə (1,12 manat) ödəniş tələb edilir. Tələbələr üçün bu məbləğ 13,18 lirə (54 qəpik), müəllim, 60 yaş üzəri insanlar üçün 19,33 (80 qəpik), 30 yaşdan yuxarı tələbələr üçün isə 24,30 lirə (1 manat) təşkil edir. 

"Mavi Kart" aylıq abunəlik üçün nəzərdə tutulub. 1 nəfər üçün 2120,00 lirə (87,57 manat), tələbələr üçün 381,00 lirə (15,74 manat), müəllim, 60 yaş üzəri şəxslər üçün 1318,00 lirə (54,44 manat), 30 yaşdan yuxarı tələbələr üçün isə 1908,00 lirə (78,81 manat) tələb olunur.

"Elektron bilet" tariflərində tək gedişlik bilet 40 lirə (1,65 manat), iki gedişlik bilet 70 lirə (2,89 manat), üç gedişlik bilet 110 lirə (4,54 manat), dörd gedişlik bilet 135 lirə (5,58 manat), beş gedişlik bilet 160 lirə (6,61 manat), on gedişlik bilet isə 305 lirə (12,60 manat) təşkil edir.

Türkiyədəki metro sistemində gedişhaqqı məsafəyə görə ödənilir. Belə ki, vətəndaşlar turniketlərdən keçdikdən sonra ərazidəki xüsusi aparatlara yaxınlaşaraq ödənişlərinin bir qismini geri ala bilərlər.

Qeyd edək ki, ən azı 40% əlilliyi olan şəxslər, ağır dərəcəli əlilliyi olan şəxslərlə bir nəfəri keçməmək şərti ilə müşayiətçiləri, qazilər, qazi və şəhid ailələrinin üzvləri, 65 yaşını tamamlamış Türkiyə vətəndaşları ölkədaxili ictimai nəqliyyatda pulsuz səyahət hüququndan istifadə edə bilərlər. Həmçinin bayram günlərində ölkə vətəndaşlarından ödəniş tələb olunmur.

İranın paytaxtı Tehranda isə ictimai nəqliyyat sistemi əsasən metro, avtobus və BRT (sürətli avtobus xətləri) xidmətlərindən ibarətdir. Əhalinin gündəlik həyatında geniş istifadə edilən bu nəqliyyat növləri həm əlçatan, həm də digər region ölkələrinə nisbətən ucuz hesab olunur.


Tehran metrosunda birdəfəlik gedişhaqqı orta hesabla 4 300 tümən (17 qəpik) təşkil edir. “Smart-kart” sistemindən istifadə etdikdə qiymətlər bir qədər dəyişə və 2 800-4 500 tümən (təxminən 11-18 qəpik) aralığında ola bilər. Məsafədən asılı olaraq bəzi hallarda bu məbləğ 7 000-11 000 tümənə (təxminən 28–45 qəpik) qədər yüksələ bilər.

Avtobus xətləri isə daha çox şəhərin periferik ərazilərində və metroya çıxışı məhdud olan istiqamətlərdə fəaliyyət göstərir. 5 kilometrədək məsafə üçün gedişhaqqı 2 200 tüməndir (təxminən 9 qəpik). Əgər məsafə artırsa, hər əlavə 5 km üçün 480 tümən (təxminən 2 qəpik) əlavə ödəniş olunur.

BRT sistemi, yəni sürətli avtobuslar isə əsas magistrallar üzrə fəaliyyət göstərir və rahatlığına görə daha çox istifadə olunur. Burada gedişhaqları 4 000-9 500 tümən (təxminən 16–38 qəpik) arasında dəyişir.

Ermənistanın paytaxtı İrəvanda isə ictimai nəqliyyatda birdəfəlik gediş üçün 144 dram (64 qəpik) tələb olunur.


Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər