Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi

Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi
04.07.2025 11:46

Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə bütün immunizasiya üzrə menecerlər üçün təlimlər keçirilib.

TodayPress TV xəbər verir ki, bu təşəbbüs çərçivəsində ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın immunizasiya üzrə menecer təlimə cəlb olunub.

Məlumata əsasən, təlimlər aprelin 17-dən Bərdə rayonunda başlayıb, daha sonra Bakıda davam etdirilən altı mərhələdən ibarət olan ikigünlük sessiyalarda İlkin Səhiyyə Xidmətləri üzrə rəhbərlər və Gigiyena və Epidemiologiya Mərkəzlərinin nümayəndələri iştirak edib. Təlim kursunun əsas məqsədi uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikaya tam inteqrasiyasını təmin etmək olub.

İştirakçılar peyvəndin əhəmiyyəti, ictimai tərəddüdlərə elmi sübutlara əsasən effektiv cavab verilməsi, vaksinlərin təhlükəsiz şəkildə tətbiqi və saxlanılması, eləcə də hesabatlılıq kimi mövzularda həm nəzəri, həm də praktiki biliklər əldə edib. Təlimlər gecikmiş peyvənd cədvəli, peyvəndləmə əhatəsi faizinin hesablanması kimi real praktik nümunələr üzrə qrup işləri və yerli kontekstə uyğun müzakirələrlə zənginləşdirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb:

"İnanıram ki, əldə etdiyiniz biliklər sizə immunizasiya xidmətlərinin keyfiyyətli idarə edilməsində yardımçı olacaq və ailələrlə daha effektiv ünsiyyət qurmaqla peyvənd əhatəsini genişləndirə biləcəksiniz”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova da immunizasiyanın ictimai sağlamlığın təməli olduğunu qeyd edib:

"Bu kimi təlimlər və birgə əməkdaşlıq ümumi səhiyyə strategiyamızın tərkib hissəsi olan immunizasiya proqramımızı gücləndirir. Uşaqların immunizasiyası üzrə yeni təlimat səhiyyə müəssisələrinə fəaliyyətini yenilənmiş və beynəlxalq tövsiyələrə uyğun qaydalara əsasən təşkil etməsinə dəstək olacaq".

TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlı bildirib ki, bu təlimlər səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaqla TƏBİB-in əsas prioritetlərindən biri olan əhalinin keyfiyyətli və əlçatan vaksinasiya xidmətləri ilə əhatə olunmasına xidmət edir:

"Ümid edirəm ki, peşəkar kadr potensialı və təkmilləşdirilmiş idarəetmə mexanizmləri əsasında daha məqsədyönlü və effektiv tədbirlər həyata keçirə biləcəyik. Nəticə etibarilə, peyvəndlə əhatə dairəsinin daha da genişləndirilməsinə nail olacağıq".

Təlimlərdən sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların gündəlik praktikaya tətbiqini izləmək məqsədilə monitorinqlərin keçirilməsi də planlaşdırılıb.

FOTOLAR

Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi — 1
Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirildi — 2
XƏBƏR LENTİ
05 AVQUST 2026
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 “Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 Bütün Xəbərlər