Dondurulmuş beyin toxumasının fəaliyyəti bərpa edildi

Dondurulmuş beyin toxumasının fəaliyyəti bərpa edildi
13.03.2026 19:00 Sağlamlıq

Almaniya alimləri mürəkkəb orqanların uzun müddət saxlanılması üçün kriokonservasiya texnologiyalarının inkişafında mühüm nəticə əldə etdiklərini bildiriblər.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Uzun müddət alimlər hesab edirdilər ki, beynin dondurulmasının əsas problemi buz kristallarının yaranmasıdır. Hüceyrələrin içindəki su buza çevrildikdə, kristallar hüceyrə membranlarını zədələyir və neyronlar arasındakı əlaqələri məhv edir. Nəticədə toxuma əridildikdən sonra normal fəaliyyətini itirir.

Fridrix-Aleksandr Erlangen‑Nürnberq Universitetinin tədqiqatçıları bu problemi vitrifikasiya adlı üsulla aradan qaldırmağa çalışıblar. Bu metod ultra sürətli soyutma vasitəsilə buz kristallarının yaranmasının qarşısını alır və hüceyrə mayelərini şüşəvari vəziyyətə gətirərək toxumanın quruluşunu qoruyur.

Təcrübədə alimlər öyrənmə və yaddaş üçün vacib olan beyin nahiyəsinin siçanlara aid nazik toxuma hissələrindən istifadə ediblər. Nümunələr maye azotla təxminən −196°C temperaturadək dondurulub və 10 dəqiqədən bir həftəyə qədər saxlanılıb.

Sonra toxumalar ehtiyatla əridilib. Analizlər göstərib ki, neyronların və sinapsların hüceyrə membranları qorunub, hüceyrələri enerji ilə təmin edən mitoxondriyalar isə fəaliyyətini davam etdirib.

Ən diqqətçəkən nəticə isə neyronların yenidən elektrik aktivliyi göstərməsi olub. Hüceyrələr elektrik stimullaşdırılmasına dondurulmamış nümunələrə demək olar ki, eyni şəkildə reaksiya veriblər. Alimlər həmçinin öyrənmə və yaddaşın hüceyrə əsasını təşkil edən sinaptik əlaqələrin güclənməsi prosesinin əlamətlərini də müşahidə ediblər.

Bunun üçün tədqiqatçılar toxumaya mərhələli şəkildə yeridilən xüsusi krioprotektiv maddələrdən istifadə ediblər. Əridilmə zamanı isə buz yaranmasının qarşısını almaq üçün nümunələr saniyədə təxminən 80°C sürətlə qızdırılıb.

Tədqiqatçılar texnologiyanı bütün siçan beynində də sınaqdan keçirməyə çalışıblar, lakin əsas maneə qan-beyin baryeri olub. Bu problemi həll etmək üçün qoruyucu maddələr qan damarları vasitəsilə xüsusi məhlullarla birlikdə verilib.

Hələlik təcrübələr yalnız nazik toxuma hissələrində aparılıb və müşahidələr ərimədən sonra bir neçə saat davam edib. Buna baxmayaraq, nəticələr göstərir ki, beyin strukturları donmaya əvvəl düşünüləndən daha davamlı ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu texnologiya hələ insan beyninin və ya bütöv orqanizmlərin uzunmüddətli saxlanması üçün tətbiq olunmaqdan uzaqdır. Lakin gələcəkdə orqan transplantasiyası üçün orqanların saxlanılması və ağır beyin xəsarətlərindən sonra toxumaların qorunması kimi sahələrdə yeni imkanlar yarada bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər