Ölkəyə yeni vaksinlər gətirilir: Pandemiya yenidən qayıdır?

Ölkəyə yeni vaksinlər gətirilir: Pandemiya yenidən qayıdır?
26.12.2025 13:01

Son günlər havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu səbəbdən Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan qrip əleyhinə vaksin preparatları ölkəyə gətirilib. Qeyd olunub ki, vaksinasiya tam ödənişsizdir və əhalinin yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev TodayPress TV-yə bildirib ki, hazırda müşahidə olunan epidemioloji vəziyyət növbəti pandemiya təhlükəsi kimi qiymətləndirilməməlidir.


"Demək olar ki, bu gün əhalinin sağlamlığında əsas problemlər məhz bu mövsümi xəstəliklərlə bağlıdır. Biz həmişə deyirik ki, hər birimiz sanitariya-gigiyena qaydalarına ciddi şəkildə əməl etməliyik. Havalar soyuyub, insanlar ictimai minik vasitələrindən istifadə edirlər, qapalı məkanlarda olurlar. Belə hallarda maskadan istifadə etmək, boğazı və bədəni soyuqdan qorumaq vacibdir. Yəni insan öz bədənini qorumağı bacarmalıdır".

Onun sözlərinə görə, orqanizmin müdafiə qabiliyyətinin güclənməsi üçün düzgün və balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır:

"Mən demirəm ki, mütləq bahalı qidalar qəbul olunmalıdır. Əksinə, adi sulu yeməklər, müxtəlif göy-göyərtilər, gündəlik istifadə olunan təbii məhsullar daha faydalıdır. Eyni zamanda mayelərdən kifayət qədər istifadə olunmalıdır. Bunlar immun sisteminin normal fəaliyyət göstərməsi üçün vacib amillərdir. Soyuq duş qəbul edə bilməyənlər alternativ üsullardan istifadə edə bilərlər. Əgər kimsə səhərlər soyuq duş qəbul edə bilmirsə, adi dəsmallarla və ya məhrəbalarla bədəni qızarana qədər sürtmək olar. Bu üsul xüsusilə uşaqlar üçün çox faydalıdır. Böyüklər bəzən buna əməl etmirlər, amma uşaqları erkən yaşdan bu vərdişlərə öyrətmək lazımdır. Bu cür yanaşma orqanizmin dözümlülüyünü artırır".

Dosent vurğulayıb ki, sadalanan tədbirlər immun sistemini gücləndirir və xəstəliklərin daha yüngül keçirilməsinə şərait yaradır:

"Biz bu dediyim qaydalara əməl etdikdə bədənin immun sistemi möhkəmlənir. Nəticədə istənilən xəstəliyə qarşı orqanizmin dözümü artır. Hətta insan xəstələnsə belə, bu xəstəlikləri daha yüngül keçirir".

Aydın Əliyev əlavə edib ki, dövlət tərəfindən təmin edilən vaksinlər müvafiq yoxlamalardan keçirilir və təhlükəsizdir:

"Pandemiya məsələsi gündəmə gələndə ilk növbədə vaksinlər yada düşür. Dövlət tərəfindən ölkəyə gətirilən vaksinlər yoxlanılır və onların orqanizm üçün xeyri daha çoxdur. Məhz buna görə də bu vaksinlərdən istifadə etmək məsləhət görülür", - deyə həkim qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Bütün Xəbərlər