Alimlər kökün ömrü uzatdığını sübut etdilər

Alimlər kökün ömrü uzatdığını sübut etdilər
27.06.2026 05:00

Kökün qida liflərinin tərkibindəki polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşa bağlı dəyişiklikləri ləngidə bilər.

TodayPress TV xəbər verir ki, bu qənaətə tədqiqatın nəticələrini "Food & Function" jurnalında dərc edən alimlər gəliblər.

Təcrübələr qocalma proseslərinin öyrənilməsi üçün ən çox istifadə olunan model orqanizmlərdən olan "Caenorhabditis elegans" nematodları (qurdlar) üzərində aparılıb. Tədqiqatçılar kök sellülozasından xüsusi polifenolları ayıraraq onları qurdların yaşadığı mühitə əlavə ediblər. Nəticədə canlıların orta ömür uzunluğu 25.6% artıb.

Bundan əlavə, qurdların hərəkətliliyi yaxşılaşıb, hüceyrələrin qocalması ilə əlaqəli piqment olan lipofussinin toplanması azalıb və orqanizmdəki piy qatları əriyib.

Analizlər göstərib ki, bu birləşmələr orqanizmin stresə reaksiyası və uzunömürlülüyü ilə bağlı siqnal yollarına təsir göstərir, həmçinin enerji resurslarından daha səmərəli istifadə etməyə imkan verərək maddələr mübadiləsini nizamlayır.

Tədqiqat müəllifləri qeyd edirlər ki, burada əsas diqqət çəkən məqam kökün özü deyil, məhz qida lifləri ilə bağlı olan polifenollardır. Əvvəllər bu maddələrin sərbəst formaları ilə müqayisədə lifə bağlı formaları daha az öyrənilib. Alimlərin fikrincə, sağlam qocalma strategiyalarının hazırlanmasında belə birləşmələr kifayət qədər qiymətləndirilməmiş effektiv vasitə ola bilər.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir 22:58 Alimlər kökün ömrü uzatdığını sübut etdilər 22:56 Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq 22:54 Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapıldı 22:42 Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO 21:24 Ayda nüvə elektrik stansiyası tikəcəklər 21:22 Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu 21:49 600 milyon dollarlıq narkotik yandırıldı 21:16 Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək 20:40 Bütün Xəbərlər