Yaxın Şərq ölkəsi Azərbaycandan nə istəyir?

Yaxın Şərq ölkəsi Azərbaycandan nə istəyir?
22.06.2026 15:03 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, geniştərkibli görüşdə S.Qafarova iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin də məmnunluq doğurduğunu qeyd edib

M.T.S.Əl-Qadi öz növbəsində parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb.

O, bu səfərin və Milli Məclisin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Gürcüstanda əcnəbilərin vahid reyestri yaradılır 17:51 Əli Əsədov bu dövlətin nümayəndəsi ilə müzakirələr apardı 17:37 DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır 17:29 Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik 17:18 SSRİ o qədər böyük və palçıqlı idi ki, alman ordusu sadəcə işğal etməkdən bezdi – 1941-ci ilin hərbi kampaniyası 17:05 Prezident: Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır 17:08 Bakıda on minlərlə şagirdin valideyninin etdiyi hərəkətin əsas səbəbləri AÇIQLANDI 16:48 Ermənilər və Hind qaraçıları arasındakı bioloji eynilik - Tarixçi onları ifşa etdi 16:39 Ermənilər Bülbüldən o qədər qorxurdular ki, 31 il sonra büstünün başına avtomatla atəş açdılar 16:37 "Traktor"un qapıçısı Amerikada qəhrəman oldu - Dünya ondan danışır 16:25 Şimalda qorxulu təbiət hadisəsi davam edir - Aktiv zonadan ən son yeniliklər 16:18 "Qarabağ" iki futbolçusu ilə yolları ayırdı 16:13 Xəzər elə hala düşdü ki, su əvəzinə mazut, adamlara yapışır 16:09 "Cənubi Qafqaz İrandan qopardılıb" – Tehran Qafqazda torpaq iddiası edir 16:04 1 qəpiyə yumurta olar? - Bazarda nə baş verir? 15:52 Telefonlar yoxlanılacaq - Paşinyanı dəstəkləyənlər ölkədən qovulur 15:39 İran nüvə obyektlərini açdı — Xaricilər yoxlamağa gəlir 15:38 Nəzarətsiz çimərlikdə bədbəxt hadisə: Batan 4 nəfərin ikisi tapıldı - YENİLƏNDİ 15:17 Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi 15:29 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 11:29 Abituriyentlərin NƏZƏRİNƏ: Bu qrupun keçid balları enəcək 15:14 Yaxın Şərq ölkəsi Azərbaycandan nə istəyir? 15:09 Qoşa yarışda böyük UĞUR: Parabadmintonçumuz fəxri kürsüyə yüksəldi 14:56 Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya... 14:43 Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO 14:35 Bütün Xəbərlər