İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı
İspaniyanın Qranada şəhərində 4,8 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, "20Minutos"un İspaniya Milli Coğrafiya İnstitutuna (IGN) istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 10:37-də Qoxar ərazisində qeydə alınıb.
Zəlzələdən sonra beş afterşok baş verib. Onlardan biri saat 10:53-də Çurriana de la Veqa ərazisində 4,0, digəri isə saat 11:34-də Alhendində 4,2 bal gücündə qeydə alınıb.
Zəlzələ və afterşoklar nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, avqustun 10-da Kolumbiyada baş verən güclü zəlzələnin nəticələri isə daha ağır olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 289 nəfər ölüb, 4 187 nəfər yaralanıb, 142 nəfər itkin düşüb. 26 945 ev dağılıb, 127 557 evə ziyan dəyib.
Türkan İsgəndərli