Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi?

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi?
24.06.2026 19:00 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Görüşdə qanunverici orqanların beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub.

O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.

S. Qafarova Omanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

Əl-Maavali İƏT-nin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.

O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 Bütün Xəbərlər