Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü
24.06.2026 20:00 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

S. Qafarova İƏT Pİ-nin mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.

Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub. S. Qafarova ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub.

İran parlamentinin sədri göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.

Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.

Qalibaf regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər 21:11 Qəbul imtahanından neçə nəfər xaric olunub? 20:51 ABŞ və İranın texniki qrupları bu tarixdə yenidən bir araya gəlir 20:50 İmtahanda bir abituriyent 700 bal topladı - FOTO 20:37 Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir" 20:31 ABŞ beynəlxalq su yollarının ödənişli olmasına qarşı çıxır 20:26 I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan oludu 20:20 Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü 19:54 Fələstin Səhiyyə Nazirliyi növbəti ölüm faktını açıqladı 19:08 ABŞ Konqresində ilk: Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonun gündəmində 19:01 İraq Prezidenti İlham Əliyevi təbrik etdi 19:11 Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi? 18:27 ABŞ səfirliyi bu ölkədə fəaliyyətini bərpa etdi 18:24 Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi 18:17 Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü 18:07 Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik 18:04 Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 Bütün Xəbərlər