Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng etdi
08.03.2026 23:47 Xarici siyasət

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.

Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Avro bahalaşdı 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Qəzada ölən Məryəmin orqanları bağışlandı 08:42 "Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı 08:30 Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Bəzi sürücülər kəmər taxmaya bilər 22:42 Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Bütün Xəbərlər