Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı

Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı
13.07.2026 09:39 Xarici siyasət

Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Gərgin qarşıdurma dövründə uçuşların xəritəsinə baxsaydınız, çox dar hava dəhlizinin məhz Azərbaycan üzərindən keçdiyini görərdiniz. Eyni vəziyyət Xəzər dənizi vasitəsilə həyata keçirilən dəniz daşımalarına və quru nəqliyyatına da aiddir. Bütün bu amillər Azərbaycanın əhəmiyyətini daha da artırır. Sevindirici haldır ki, biz artan yük axınını qəbul etməyə hazırıq. Hazırda infrastrukturumuzu genişləndiririk. Xəzər hövzəsində ən böyük ticarət limanı olan və hazırda illik 15 milyon ton yükötürmə gücünə malik limanımızın imkanları 25 milyon tona çatdırılacaq. Hazırda gəmiqayırma zavodumuzda Avropadan və Avropaya daşınan yüklərin nəqlini təmin etmək üçün 10 gəmi inşa olunur. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə yaxın münasibətlərimiz, həmçinin bu iki istiqamətin tam mərkəzində yerləşməyimiz Azərbaycan üçün böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa, qonşularımızın narahatlıqlarını nəzərə almağa və onların da bizim narahatlıqlarımıza həssas yanaşmasına yönəlib. Şuşada keçirilən Media Forumunda hiss etdiyimiz mühit də məhz budur. Biz eyni əməkdaşlıq və etimad mühitini beynəlxalq tərəfdaşlarımız arasında da formalaşdırmağa çalışırıq və ümid edirəm ki, buna nail olmuşuq”, - dövlət başçısı qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal 11:09 Azərbaycan bu ərazilərin azad olunmasını tələb etdi 10:57 Azərbaycan Ukraynaya dəstəyini ifadə elədi - Prezidentdən açıq mətn 10:52 Gürcüstanda 15 yaşlı azərbaycanlı yeniyetmə öldürüldü - SƏBƏB 10:49 Putin Amerikanı qəlbindən vurdu - Dolları öldürürsünüz... 10:37 Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır 10:29 Gənc aktrisanı qətl edən erməninin adı niyə gizli saxlanıldı? 10:20 Qalmaqallı dindar qadın Azərbaycana qarşı savaş açdı: Azərbaycandan İrana "hicrət" etdik, rahat yaşamaq üçün... 10:16 Prezident: Azərbaycan-ABŞ münasibətləri hazırda pik səviyyədədir 10:05 İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü 10:03 Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev 09:55 Prezident: Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq 09:49 Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir 09:44 Qərbi Türkiyə qorxusu bürüdü - qaranlıq ssenaridə işıq üzünə çıxanlar... 09:39 Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətini açıqladı 09:39 Prezident IV Şuşa Qlobal Media Forumunun məqsədindən danışdı 09:32 Füzulidə minalanmış ərazidəki yanğına əlavə qüvvə cəlb edildi - YENİLƏNDİ 23:31 Con Bolton: "İrana qarşı mübarizə üçün kürdlər silahlandırılmalıdır" 09:13 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək - CANLI 08:58 Alimlərdən xəbərdarlıq: Amazon meşələri karbon udma qabiliyyətini itirə bilər 08:33 Bakıda bəzi ərazilər işıqsız qalacaq 08:27 IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır 08:22 Bütün Xəbərlər