Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşdü

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşdü
17.10.2025 19:36 Xarici siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, İkinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, İkinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə təşəkkürünü bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.

TodayPress TV

FOTOLAR

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşdü — 1
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşdü — 2
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşdü — 3
XƏBƏR LENTİ
19 IYUN 2026
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Bütün Xəbərlər