İlham Əliyev: Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya hüquqi məsələ olmayıb

İlham Əliyev: Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya hüquqi məsələ olmayıb
09.02.2026 21:06 Xarici siyasət

Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı Azərbaycanla bp arasında əməkdaşlığı vurğulayaraq deyib:

"Biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki bp və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış bir milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi, elektrik enerjisi çatışmırdı, hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən, əsasən bp və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, bp və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı, biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir".

İlham Əliyev söyləyib ki, indi əməkdaşlıq bərpaolunan enerjiyə transformasiya olunur:

"2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində bp 240 meqavatlıq Günəş enerji stansiyasının yaradılmasında iştirak edir. Səngəçalda ən böyük neft-qaz terminalının karbonsuzlaşdırılması da bp tərəfindən yaşıl gündəliyə böyük töhfədir. Çoxlu başqa planlar da var, mövcud və yeni layihələr var, buraya qaz hasilatının artırılması da daxildir. Ümidvarıq ki, bu il dərinsulu "Azəri-Çıraq-Günəşli" layihəsində bunun şahidi olacağıq. Həmçinin neft hasilatının sabitləşdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq. Düşünürəm ki, məhz buna görə neft hasilatının obyektiv səbəblərdən aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir".

"Mən "Exxon"un nümayəndələrini görürəm. O da Azərbaycanda investisiya layihələrinə qoşulan ilk şirkətlərdən biridir, hazırda yeni layihələr üzərində işləyir. Ümidvaram ki, yaxşı nəticələr əldə olunacaq. Ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı çox ümidverici və çox cəlbedici layihə ilə bağlı Anlaşma Memorandumunu imzaladıq. Əgər uğurlu olarsa, ümidvarıq ki, bu, bizə neft sənayemizi inkişaf etdirmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda, həmişə olduğu kimi, neft satışından əldə etdiyimiz vəsaiti qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq üçün bizə əlavə imkan verəcək", - dövlət başçısı qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər