ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ

ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ
19.06.2026 20:50 Dünya

ABŞ Prezidenti Donald Trampın İranla müharibəni sona çatdıran anlaşma memorandumunu Fransadakı Versal sarayında imzalamasının pərdəarxası məqamları üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.

Nəşr qeyd edib ki, diplomatiya tarixinə düşən gecədə qərarın son anda verildiyi və ABŞ-nin dövlət katibi Marko Rubionun memorandumu çap etmək üçün printer axtardığı bildirilib. Britaniya mətbuatında yer alan xəbərlərə görə, tarixi saziş son anda verilən sürpriz bir qərarla Versal sarayında imzalanıb.

Fransa diplomatik mənbələrinin bildirdiyinə görə, Tramp Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi axşam yeməyinə qatılmaq üçün Versala gəldikdən qısa müddət sonra sazişin tamamlandığı barədə məlumatlandırılıb.

"Daily Mail"də yer alan xəbərə görə, Trampın bu xəbəri Makronla birlikdə sarayın məşhur Güzgülər qalereyasını gəzərkən alıb. ABŞ Prezidentinin sazişi gözləmədən dərhal imzalamaq qərarı isə sarayda sanki "zamanla yarış" başladıb.

Trampın ani qərarının ardınca Marko Rubionun gecə saatlarında saziş mətnini çap edə biləcək printer tapmaq üçün hərəkətə keçdiyi iddia edilib.

Xəbərə görə, Rubio bu prosesdə Fransanın xarici işlər naziri Jan-Noel Barrodan yardım istəyib və o, qısa müddətdə lazımi avadanlığı çatdırıb. Qonaqlar axşam yeməyinə davam edərkən sazişin həm ingiliscə, həm də farsca nüsxələri çap olunub.

Bundan sonra Rubionun saziş sənədləri ilə salona qayıdaraq imza mərasimi hazırlıqlarına başladığı bildirilib.

Mərasimə şahidlik edən qonaqların bildirdiyinə görə, yemək boşqabları masalardan yığışdırılıb və yerlərinə yeni çap olunmuş saziş mətnləri qoyulub.

Təxminən 30 nəfərin izlədiyi mərasimdə Tramp mətni qısaca nəzərdən keçirdikdən sonra bu sözləri deyib:

"Asan olmadı. Sizi əmin edirəm".

Nəşr diqqətə çatdırıb ki, imza anını televiziya kameraları canlı olaraq qeydə alıblar, qonaqlar isə tarixi anı telefon kameraları ilə çəkiblər.

Makronun da masanın qarşısından prosesi izlədiyi və sazişin tamamlanmasından məmnunluq duyduğu bildirilib.

Versaldakı sürpriz imza mərasiminin Fransa hökuməti üçün də gözlənilməz olduğu vurğulanıb.

Fransanın iqtisadiyyat və maliyyə naziri Rolan Leskür RTL radiosuna açıqlamasında deyib: "Bu, biz Fransa hökuməti üçün də sürpriz oldu".

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 İran nüvə qapılarını açmaqdan imtina etdi - XİN məlumat yaydı 18:51 Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı 18:55 Edinson Kavani "Boka Xuniors" klubundan ayrıldı 18:27 İran cəmi 5 gündə nə qədər neft satdı? – Rəqəmlər açıqlandı 18:24 DİM magistratura üzrə universitetlərin nəticələrini açıqladı 18:13 Balaca bir rayonun əhalisi qədər tələbə universitetdən qovulub 17:53 DİM: Məzun təhsil proqramının 40–77%-ni mənimsəmir 17:35 Bütün Xəbərlər