Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi
16.07.2026 12:08 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.

Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.

“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi.

Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanla “John Deere” şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Qeyd edək ki, “John Deere” 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan “John Deere”nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

TodayPress TV

FOTOLAR

Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 1
Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 2
Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 3
Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 4
Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 5
Prezident “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi — 6
XƏBƏR LENTİ
17 IYUL 2026
Əhaliyə XƏBƏRDARLIQ: Bəzi ərazilər qazsız qalacaq 23:19 Yatmazdan əvvəl bir ovuc püstə yeməyin FAYDALARI 01:49 Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Bütün Xəbərlər