Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
29.06.2026 13:21

Türk Dünyası Həftəsi ərzində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, həmin konfransda Türk dünyasının müxtəlif ölkələrindən tanınmış türkoloq alimlərin iştirakı nəzərdə tutulur.

“Dövlət başçısının imzaladığı müvafiq sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, il ərzində yüzə yaxın müxtəlif səpkili tədbirin keçirilməsi nəzərdə tutulur və artıq bu istiqamətdə fəaliyyətlər həyata keçirilir. Bu çərçivədə 1926-cı ildə keçirilmiş qurultayın stenoqramının yenidən nəşri, həmin dövrün çıxışlarının araşdırılması, qurultayda iştirak etmiş 131 ziyalının, alimin və türkoloqun elmi fəaliyyətinin öyrənilməsi, ictimaiyyətin daha geniş şəkildə maarifləndirilməsi, həmçinin xüsusi bədii-sənədli filmin hazırlanaraq təqdim olunması planlaşdırılır. Qeyd edim ki, bu il Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə də dövlət başçımız bu həftənin keçirilməsi ilə bağlı məlumat verib və iyun ayının sonundan etibarən Türk Dünyası Həftəsinin Azərbaycanda təşkil olunacağını bildirib”, - nazir müavini vurğulayıb.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Ərikdən kimlər ehtiyatla istifadə etməlidir? 15:20 Çimayev revanş üçün yenidən hərəkətə keçdi: Dana Uayta müraciət etdi 16:15 Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur 16:06 Güclü günəş yanıqları xərçəng riskini artırır 15:01 Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb 15:55 Si Cinpin BMT-də niyə çıxış etmək istəmir? 14:33 “İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi 15:43 İspaniyada 4,8 bal gücündə zəlzələ: Üç nəfər xəsarət aldı 14:47 Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib 15:38 Prezident Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 15:31 Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Bütün Xəbərlər