Rusiyada etniklərin və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat

Rusiyada etniklərin  və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat
06.07.2026 14:15

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları müzakirələrin yekunlarına əsasən hazırlanmış əsas nəticələrin və tövsiyələrin əks olunduğu birgə bəyannamə qəbul ediblər.

TodayPress TV xəbər verir ki, tədbir çərçivəsində mədəni və etnik müxtəlifliyin qorunub saxlanması, yerli xalqların hüquqlarının müdafiəsi, müstəmləkəçiliyin nəticələrinə dair məsələlər, eləcə də tarixi yaddaş və beynəlxalq əməkdaşlıq sahəsindəki müasir çağırışlara həsr olunmuş iki panel müzakirəsi keçirilib.

Bəyannamənin mətnini təqdim edirik:

Biz - "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar" adlı beynəlxalq konfransın iştirakçıları olan müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar Şuşa müzakirələrinin nəticələrinə uyğun olaraq, aşağıdakıları bəyan edirik:

- Mədəni və etnik müxtəliflik, tolerantlıq, multikulturalizm hər bir dövlət üçün milli sərvət olmalıdır. Heç bir xalq etnik və dini mənsubiyyətinə görə alçaldılmamalı, ayrı-seçkiliyə məruz qoyulmamalı, təqib edilməməlidir. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə beynəlxalq öhdəliklər, UNESCO-nun mədəni müxtəlifliyin qorunmasına dair prinsipləri öz tarixi torpaqlarından qovulmuş, kütləvi qırğınlara, soyqırımılarına, sürgünlərə məruz qalmış, tarixi-mədəni irsini, dilini itirmək təhlükəsi ilə üzləşmiş xalqların fundamental hüquqlarının qorunması üçün işlək alətlərə çevrilməlidir. Müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır;

- Xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir;

- Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır. Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, "skinhed" dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır;

- Etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycanın nümunəvi modeli təqdir olunmalıdır. Azərbaycanın tarixi Şuşa Zəfəri müstəmləkə xalqlarının ən çox ehtiyac duyduğu tarixi ədalətin bərpasının rəmzi kimi nümunə olmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Azərbaycanın hücum təyyarələri belə göründü, bütün Türkiyənin qürurunu oxşadı - VİDEO 15:19 Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır? 15:09 Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! Qabiliyyət imtahanlarının başlama tarixi açıqlandı 15:03 Şıx çimərliyində dənizə nə tökülür? - VİDEO 14:59 İsrail çaxnaşır - Yəhudilər Azərbaycana görə Netanyahuya üsyan etdilər 14:51 DÇ-26: Nəhəng matçda ulduzların mübarizəsi 14:43 Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... 14:37 Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi 14:31 Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri! 14:27 Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı 14:24 Rusiyada etniklərin və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat 14:20 Avtovağzal tərəfdə başlayan yanğın şam ağaclarına sıçradı - YENİLƏNDİ - VİDEO 13:38 İyulun 7-də hava necə olacaq? Rayonlarda kəskin hava dəyişəcək 13:53 Robot insanları döydü - Bəşəriyyət qapaz altında 13:33 Azərbaycan təmsilçiləri avrokuboklarda mübarizəyə başlayırlar 13:21 Prezidentin yüksək vəzifə verdiyi məmur kimdir – DOSYE 13:09 Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar 13:02 Bütün Xəbərlər