Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ

Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ
09.12.2025 15:36

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

TodayPress TV xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.

Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü oldu.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu.

Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik etdi.

İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırladı, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğuladı.

Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunuldu, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirildi.

Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edildi.

TodayPress TV

***

13:33

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

TodayPress TV xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 1
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 2
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 3
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 4
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 5
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 6
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 7
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 8
Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər