Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü

Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü
04.06.2025 16:50 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əlaqələrin dostluq və qardaşlıq əsasında inkişafından məmnunluq ifadə edilib. 

Spiker Sahibə Qafarova ötən həftə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri, dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərinə səfəri və burada Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsini məmnunluqla xatırladıb.

O bildirib ki, bu görüş ortaq dəyərləri bölüşən ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürüdür.

Spikerin fikrincə, bu Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrimizin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ təşkil edəcək. 

Səfir Qasım Mohiuddin Pakistan və Azərbaycan xalqları arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərini vurğulayıb.

O, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin salamlarını Azərbaycan parlamentinin spikerinə çatdırıb. 

Səfir Qasım Mohiuddin Pakistan və Hindistan arasında münaqişə barədə geniş məlumat verib.

Diplomat, ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiyini söyləyərək, Azərbaycanın Pakistana dəstəyinin əhəmiyyətini qeyd edib.

FOTOLAR

Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü — 1
Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü — 2
Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü — 3
Sahibə Qafarova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər