Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
17.06.2026 10:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini dedi.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğuladı.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olundu.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulandı, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunuldu.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olundu.

TodayPress TV

FOTOLAR

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 1
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 2
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 3
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 4
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi — 5
XƏBƏR LENTİ
17 IYUN 2026
Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 Azərbaycan XİN İslandiyanı təbrik etdi 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 SON DƏQİQƏ! Bu obyektlərdən istifadə ÖDƏNİŞLİ OLDU 10:36 Böyükşor yolunda üç avtomobil TOQQUŞDU - VİDEO 10:28 Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi 10:22 Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır 10:17 Köçəryanı son mənzilə köçürdürlər - Baş Prokurorluq həbs üçün icazə istədi 10:02 Valyuta bazarında hərəkətlilik: Avronun məzənnəsi yüksəldi 09:49 Qiymətli metalların yeni qiymətləri rəsmən açıqlandı 09:44 Qərb Kiyevə həm balıq, həm tilov verir - Kremli təşvişə salan bəyanat 09:31 Enerji bazarlarında son vəziyyət: Qaz neçəyə təklif edilir? 09:31 Qlobal enerji bazarlarında ucuzlaşma: Neft kotirovkaları aşağı düşdü 09:30 Baş nazirə "Bright Uzbekistan" layihəsi təqdim olunub 09:13 DÇ 2026: Norveç İraqı məğlub etdi 08:46 Qəzada ölən Məryəmin orqanları bağışlandı 08:42 "Qızımın ölümünə səbəbkar..." - Fərhad Mehdiyev qəzadan danışdı 08:30 Rusiyada bu ölkənin 103 vətəndaşına QADAĞA 23:27 Bəzi sürücülər kəmər taxmaya bilər 22:42 Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Bütün Xəbərlər