Milli Məclisin Komissiyası: Naxçıvana hücumun məqsədi vətəndaşlar arasında çaşqınlıq yaratmaqdır

Milli Məclisin Komissiyası: Naxçıvana hücumun məqsədi vətəndaşlar arasında çaşqınlıq yaratmaqdır
06.03.2026 17:47

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.

TodayPress TV xəbər verir ki, bəyanatda Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, dövlətin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimi qiymətləndirilir:

Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasi və informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm də hibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanın sosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyən informasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərin yayıldığı müşahidə olunur.

Bu hücumların vətəndaşlarımız arasında çaşqınlıq və qorxu yaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq, Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaq məqsədilə edildiyi şübhə doğurmur.

Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizin gücünə və rəsmi məlumatlara inanmağa çağırır".

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər