Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir
13.10.2025 10:37 Xarici siyasət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "The Economist" jurnalının 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir.

TodayPress TV xəbər verir ki, "The Economist" jurnalının təşkilatçılığı ilə keçiriləcək Cənub Şərqi Avropa və Aralıq dənizi üzrə 9-cu Dayanıqlı İnkişaf Sammiti (The Ninth Sustainability Summit for SE Europe & the Mediterranean) bu il "Uğursuz olan yaşıl keçid arasında yeni bir tarazlıq axtarışı" mövzusu ilə baş tutacaq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ikinci il olaraq ənənəvi keçirilən toplantıya tərəfdaşlıq edir. Hər il Yunanıstanın paytaxtında keçirilən sammitdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri, alimlər və biznes liderləri iqlim böhranı, yaşıl keçidin çağırışları və dayanıqlı inkişaf məsələlərini müzakirə etmək üçün bir araya gəlir.

Qeyd edək ki, sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri- BMT Baş Assambleyasının 77-ci Sessiyasının Prezidenti Ksaba Korosi, Ukraynanın sabiq birinci xanımı (2005–2010) Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti (2012–2017) Rozen Plevneliev, BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti Volkan Bozkır, eləcə də COP21-in Vitse-prezidenti Hakima El Haiti və Avropa ittifaqının sabiq Ali komissarı Dimitris Avramopoulos iştirak edir.

Mərkəzin üzvləri sammit çərçivəsində COP29-un nəticələri, 2026-cı ildə keçiriləcək XIII Global Bakı Forumu və XIII Dünya Urban Forumuna hazırlıq mərhələsi haqqında panel müzakirləri edəcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər