Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub
31.01.2026 00:45

BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.

TodayPress TV "AZƏRTAC"a istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.

BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.

Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, "Geneva Water Hub", Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.

İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 Bütün Xəbərlər