Sahibə Qafarova Türkmənistanda keçirilən Forumda çıxış etdi

Sahibə Qafarova Türkmənistanda keçirilən Forumda çıxış etdi
04.08.2025 15:29 Xarici siyasət

Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb, Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir.

Onun sözlərinə görə, parlamentlər müəyyən edilmiş məqsədlərə nail olmağı dəstəkləmək üçün mühüm qanunvericilik bazasına, büdcənin formalaşdırılması və nəzarət alətlərinə malikdir. İnsanların təmsilçisi olaraq məhz parlamentlər ilk olaraq onlarla təmas qururlar. Vurğulanıb ki, hökumətlər və vətəndaşlar arasında körpü rolunu oynayan parlamentlər vətəndaş cəmiyyətinin irəli sürdüyü istənilən fikir və ideyaları dinləyib gündəmə gətirirlər.

Spiker Sahibə Qafarova çıxışında milli sərhədləri aşan və parlamentlərin fəaliyyətini beynəlxalq səviyyəyə qaldıran parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ideyaların müzakirəsi və təcrübə mübadiləsinin parlamentlərin fəaliyyətinə yeni perspektivlər qatacağına inamını ifadə edib.

Qeyd olunub ki, belə forumlar parlamentlərin səylərinin birləşdirilməsinə və fəaliyyətlərin əlaqələndirilməsinə kömək edə bilər. Milli Məclisin sədri vurğulayıb ki, milli inkişaf, regional əməkdaşlıq, beynəlxalq dəstək və tərəfdaşlıq hazırkı və gələcək fəaliyyətin əsas istiqamətləri kimi qalmalıdır. Onun sözlərinə görə, bu, 2030 Gündəliyinin, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, eləcə də heç kimin geridə qalmaması baxımından böyük əhəmiyyət daşıyır.

Spiker müzakirələr zamanı Azərbaycanın bu istiqamətdəki təcrübələrini də diqqətə çatdırıb. O, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərin coğrafi məhdudiyyətləri imkanlara çevirdiyini vurğulayaraq bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Milli Məclis sədrinin çıxışında bildirilib ki, orta dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən “Rəqəmsal İpək Yolu” layihəsi – Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel şəbəkəsi – rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.

S.Qafarova, həmçinin hazırda həyata keçirilən digər mühüm təşəbbüs - Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlıq haqqında da məlumat verib. Qeyd olunub ki, Azərbaycan Cənub-Cənub əməkdaşlığı konsepsiyasına sadiq qalaraq, gömrük işinin təkmilləşdirilməsi, modernləşdirilməsi, rəqəmsallaşdırılması və infrastrukturun inkişafı sahəsindəki təcrübəsini dənizə çıxışı olmayan digər inkişaf etməkdə olan ölkələrlə bölüşür. Bu da həmin ölkələrə coğrafi təcriddən çıxmaq və kollektiv tərəqqiyə nail olmaq imkanı yaradır.

O, həmçinin vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyəti dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün onlara dəstək xarakterli daha güclü və praktiki mexanizmlər təqdim etməyə çağırır.

Çıxışda o da vurğulanıb ki, Azərbaycanın təşəbbüsləri dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün regional əməkdaşlığa və koordinasiyaya, daha yaxşı əlaqələrə və ticarətə töhfədir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər