Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var

Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var
13.07.2026 19:15

Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas mesajı ondan ibarətdir ki, ölkə sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanıdır.

"Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Aİ eləcə də onun ayrı-ayrı üzv dövlətləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bununla yanaşı, Aİ-nin bir çox ölkələri ilə ikitərəfli əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - deyə H.Hacıyev bildirib.

O həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, ölkə Aİ üçün enerji resurslarının strateji tədarükçüsü və onun əsas iqtisadi tərəfdaşlarından biridir.

"Azərbaycan ticarətinin təxminən 70 %-i Aİ ölkələrinin payına düşür. Biz hesab edirik ki, Avropa İttifaqı, onun üzv dövlətləri və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur", - Prezidentin köməkçisi deyib.

Müsahibə zamanı H. Hacıyev Azərbaycanın və xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərinin bərpasından da danışıb.

Onun sözlərinə görə, təxminən 30 illik işğal ərzində Şuşa demək olar ki, tamamilə dağıdılmışdı. Lakin bu gün şəhər öz dirçəlişini yaşayır və yeni həyata qovuşur.

"Analoji proseslər Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində baş verir", - Prezidentin köməkçisi bildirib.

XƏBƏR LENTİ
13 IYUL 2026
AKINCI havada Çin istehsalı PUA-nı raketlə vurdu - VİDEO 20:30 Zelenski Makronu belə mükafatlandırdı 20:24 Dəniz blokadası saatlar sonra qüvvəyə minə bilər 19:57 Fransada ən çox danışılan “istefa”: Makron eynəyindən ayrıldı 19:51 Putinin masasına yeni “paket” gəlir 19:46 ABŞ-dən İLK: Müharibədə yeni silahdan istifadə olundu - VİDEO 19:41 Ermənistan məşhur kəndimizi qaytarmağa hazırlaşır? - Paşinyandan rezonans doğuran XƏBƏR 19:26 Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var 19:15 ABŞ İranın “nəfəsini kəsir” - YENİ MƏHDUDİYYƏTLƏR 19:06 İsrail erməniləri məyus edəcək qərar verdi 18:57 İranın keçmiş prezidentinin Mossad rəhbəri ilə gizli görüşünün DETALLARI 18:44 Hikmət Hacıyev D-8-lə bağlı yeni mərhələni elan etdi 18:26 Slovakiya Prezidenti Bakıya böyük planlarla gəlir 18:20 Putin: “Rəqib bunu hiss edəcək” 18:14 İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı HƏDƏLƏDİ 18:08 MM-in növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlandı 17:52 Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə müzakirələr apardı 17:32 İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək 17:06 İran boşboğazlıq etdi, danışıqları pozdu - Tramp "qamçı"ya əl atdı 16:58 Böyüyən arzular, kiçilən evlər - Ali təhsil və miqrasiya valideynləri necə tənhalaşdırır? 16:58 Ukrayna ilə İran ətrafında gərginliyin artdığı mərhələdə Azərbaycan hansı geosiyasi təhdidlərlə üzləşə bilər? 16:47 Türkiyə Osmanlı sərhədlərini bərpa edir, Hörmüz boğazı Ankaraya tapşırılır - İDDİA 16:38 "Qarabağ"da gözlənilməz ayrılıq 16:35 Cibində son model telefon, evində borc dəftəri: "Gizli yoxsulluq" kimləri tapır? 16:29 Rafael Ağayevə ağır itki 16:08 Bütün Xəbərlər