Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi

Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi
27.06.2026 19:25

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
"Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu 20:47 Moskvaya doğru uçan iki PUA vuruldu 20:44 "UFC Fight Night Baku": Əsas döyüşlərə start verildi 20:30 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 64 yaşlı kişi hərbi xidmətə çağırıldı 15:43 Hörmüz boğazında neft tankeri vuruldu 15:05 Bütün Xəbərlər