Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi

Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi
08.12.2025 15:03

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində hibrid formatda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Baş prokurorluğun İdarə rəisi Elnur Musayev “Korrupsiyaya qarşı mübarizə strategiyalarının gücləndirilməsi məqsədilə Növbəti Nəsil Korrupsiya Analitikası üçün dəqiq Statistikanın forrmalaşdırılması” mövzusuna həsr edilmiş sessiyada çıxış edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

“Azərbaycanın təcrübəsi: risk göstəricilərinin qiymətləndirilməsi nəticəsində antikorrupsiya fəaliyyət planlarının daha keyfiyyətli hazırlanması” mövzusunda çıxış edən Elnur Musayev ölkə rəhbərliyinin idarəetməsi altında həyata keçirilən antikorrupsiya islahatları barədə məlumat verməklə qabaqcıl təcrübə barədə, o cümlədən “Korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qiymətləndirilməsi metodologiyası, bu sahədə risklərin qiymətlərindirilməsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə üzrə idarənin rolu ilə tədbir iştirakçılarını tanış edib, həyata keçirilən antikorrupsiya tədbirlərinin ölkəmizdə şəffaflıq və müasir idarəçilik perspektivindən nüfuzunun artmasını vurğulayıb.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi — 1
Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi — 2
Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi — 3
Baş Prokurorluğun idarə rəisi BMT-də çıxış etdi — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Bütün Xəbərlər