Sahibə Qafarova Fuad Oktayla görüşdü

Sahibə Qafarova Fuad Oktayla görüşdü
24.02.2026 20:10 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.

TodayPress TV  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.


Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun salamlarını Milli Məclisin sədrinə çatdırıb, Sahibə Qafarova onun da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dair də fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarına uyğun şəkildə inkişaf edir. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir yerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Vurğulanıb ki, dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərin çoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfli əməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişaf istiqamətləri üzrə müvafiq tapşırıqları verirlər.

Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan istifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər, görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçün bütün addımlar atılır. O cümlədən, beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə fəaliyyət mövcuddur.

Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər