Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi

Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi
22.06.2026 22:10

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak edən Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin müavini Mohamed Qayat ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Mərakeş arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələr, xüsusilə siyasi sahədə uğurla inkişaf edir. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığı qeyd edilib. S.Qafarova Mərakeşə rəsmi səfərini və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində mərakeşli həmkarları ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, bu təmasların əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Görüşdə hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının və cari ildə imzalanmış parlamentlərarası Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

Tərəflər parlamentlərin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Mərakeş təşkilatın fəaliyyətində fəal iştirak edir və onun işinə xüsusi önəm verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı 13:54 Elektron attestatlar qəbul edilmir? - Valideynlər narahatdır... 14:05 Qurbanovdan “Dinamo”ya qarşı oyun öncəsi iddialı açıqlama 14:09 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü keçdi 13:50 İsraillə əməkdaşlıq edən ölkələr üçlü ittifaqa qoşularsa, nə olacaq? - ŞƏRH 13:47 “Aston Villa” böyük transferi rəsmiləşdirdi! Rucyeri İngiltərəyə gedir 13:10 Sabahın havası açıqlandı - PROQNOZ 13:27 Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Moskva nə planlaşdırır? - ŞƏRH 13:05 Çində Azərbaycan zəfəri! Vüqar Rəsulov turnirin qalibi oldu 13:06 Rusiya Kiyevə hücum etdi - VİDEO 12:35 Prezidentin yeni təyinat verdiyi Nərminə Mustafayeva kimdir? – DOSYE 12:13 Azərbaycanda işsizlərin sayı artdı 11:17 Azərbaycanda mənzillər bahalaşdı 11:45 Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA 11:40 ADY: Naxçıvanın Ermənistanla sərhədindən ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır 11:22 Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 ABŞ “dayan” dedi, Zelenski geri addım atdı 11:13 Bütün Xəbərlər