Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış etdi

Sahibə Qafarova Asiya üçün Boao Forumunda çıxış etdi
26.03.2026 12:56 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün Boao Forumunın İllik Konfransında çıxış edib.

TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, spiker Sahibə Qafarova çıxışında ilk olaraq, Boao Forumunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, artan geosiyasi gərginliklər, daha da dərinləşən bərabərsizliklər və qlobal çağırışlar dövründə dialoq və əməkdaşlığın artıq seçim deyil, zərurət olduğunu söyləyərək, bu baxımdan, Boao Forumunun kollektiv düşüncə və əlaqələndirilmiş fəaliyyət üçün mühüm bir platforma kimi çıxış etdiyini söyləyib. Onun sözlərinə görə, 25 ildən artıq müddətdə Forum öz dəyərini sübut edib, liderlərin və ekspertlərin bir araya gələrək praktik həll yolları irəli sürdüyü, davamlı inkişafı təşviq etdiyi və beynəlxalq əməkdaşlığı gücləndirdiyi bir məkan kimi tanınıb.

Milli Məclisin sədri çıxışında, həmçinin müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək, deyib ki, Çin bu günün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır. Onun sözlərinə görə, Çinin iqtisadi, sosial və texnoloji inkişaf sahəsində əldə etdiyi möhtəşəm nailiyyətlər və bu uğurları bölüşmək səyləri bəşəriyyət üçün ortaq gələcəyə əsaslanan, irəliyə yönəlmiş baxışı əks etdirir. O, inamını ifadə edib ki, Çin Xalq Nümayəndələri Yığıncağının qəbul etdiyi 15-ci Beşillik Planın uğurla icrası bu baxışı daha da inkişaf etdirəcək və genişləndirəcək.

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Azərbaycan tərəfindən də dəstəklənən Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik, Qlobal Sivilizasiya və Qlobal İdarəetmə təşəbbüsləri əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq məsuliyyət əsasında daha inklüziv, təhlükəsiz və dayanıqlı dünya qurmaq üçün əməkdaşlığa, qarşılıqlı hörmətə və ortaq məsuliyyətə əsaslanan hərtərəfli çərçivə təqdim edir.

Milli Məclisin sədri çıxışında Azərbaycan və Çin münasibətlərinə dair tədbir iştirakçılarına məlumat verib. Sahibə Qafarova deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə, gələn il - Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda, bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Spiker vurğulayıb ki, son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin Çinə səfərləri, strateji və hərtərəfli strateji tərəfdaşlığa dair Birgə Bəyannamələrin imzalanması ölkələrimiz arasında siyasi dialoqun dərinliyini, qarşılıqlı etimadı və genişlənən əməkdaşlığı açıq şəkildə nümayiş etdirir. O, Azərbaycanın Çinin təşəbbüslərini tam dəstəklədiyini və bu prinsipləri bölüşdüyünü qeyd edib.

Milli Məclisin sədri Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan təxminən üç onillik davam edən işğala məruz qaldıqdan və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərinə xüsusi əhəmiyyət verir. Spiker Sahibə Qafarova Prezident İlham Əliyev tərəfindən müəyyən edilən milli baxışın sülhə, inkişafa, çoxtərəfliliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını vurğulayaraq, deyib ki, bu baxış ardıcıl şəkildə praktik addımlara çevrilir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal təşəbbüsləri barədə tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəal şəkildə Qlobal Cənubun maraqlarını təşviq edib və Hərəkatın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlıq vasitəsilə ümumi məqsədlərə nail olmaq üçün mühüm platforma təqdim edir.

Həmçinin, diqqətə çatdırılıb ki, COP29-a ev sahibliyi edən Azərbaycan Qlobal Şimal və Cənub arasında fikir ayrılıqlarını aradan qaldırmaq və qlobal iqlim gündəliyi üzrə əsas nəticələrin əldə olunmasına töhfə vermək üçün fəal çalışıb.

Spiker Azərbaycanın, həmçinin Qlobal Bakı Forumu kimi platformalar vasitəsilə sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi kimi məsələlər üzərində fəal işləməyə davam etdiyini də vurğulayıb.

Milli Məclisin sədri, həmçinin yaxın aylarda Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini, o cümlədən 2026-cı ilin payızında Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu üzrə Müşavirənin Zirvə Toplantısının keçiriləcəyini xatırladaraq, deyib ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa sadiqliyini daha da möhkəmləndirəcək.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, son qlobal proseslər bir daha göstərdi ki, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya strateji baxımdan nə qədər vacibdir. Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan geniş bir regionda enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, eyni zamanda yaşıl enerji sahəsinə davam edən investisiyalar bu töhfəni daha da gücləndirəcək.

Çıxışda, həmçinin Azərbaycanın Avrasiya üzrə əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün ilk dəstəkçilərindən biri kimi, onun inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. Bildirilib ki, bu gün Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə Xəzər dənizi vasitəsilə birləşdirən ən optimal və təhlükəsiz marşrutlardan biri olduğunu sübut edib. Bundan əlavə, Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta Dəhlizin səmərəliliyini daha da artıracaqdır. Xüsusilə, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən etibarlı və səmərəli marşrut kimi özünü doğrultmaqdadır.

Spiker Sahibə Qafarova çıxışının sonunda deyib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, layihələrimiz yalnız iqtisadi faydalar gətirmək üçün deyil, eyni zamanda sabitliyi, qarşılıqlı bağlılığı və xalqlar arasında etimadı təşviq etmək üçün nəzərdə tutulub. Boao Forumu da bir daha tərəfdaşlıq, dialoq və qarşılıqlı hörmət vasitəsilə ümumi çağırışların öhdəsindən səmərəli şəkildə gələ və daha sabit, firavan gələcək qura biləcəyimizi göstərir.

TodayPress TV


XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Bütün Xəbərlər