Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ
22.06.2026 13:15

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

TodayPress TV xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar.

“Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Türkmənistan Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsinin sədri Allaberdi Saparov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Muxammetseyit Sılapov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın səhiyyə və tibb sənayesi naziri Mıratberdi Qayıpov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”nı Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın sənaye və tikinti istehsalatı naziri Toyqulı Nurov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Türkmənneft Dövlət Konserninin sədri Quvanç Aqacanov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”i Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xodcamırat Qeldımıradov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov mübadilə etdilər.

TodayPress TV

***

12:55

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanatı imzalayıblar.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Avtobusu narkotik təsiri altında sürürlər? Qəza necə baş verdi? 14:15 Müəllim geyimi dərsi yayındırır?: "O qədər çox aksesuar taxırlar ki..." 14:06 Ermənistan təyyarəsinin Rusiyada başına iş gəldi - Aləm qarışdı 13:59 Moskvanın bütün hava limanları BAĞLANDI 13:51 "Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəlli oldu 13:46 Türkmənistan Prezidentindən Azərbaycana böyük ehtiram 13:36 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilometrdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Bütün Xəbərlər