İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı

İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? —  Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı
22.06.2026 11:28 Dünya

İddialara görə, İran İslam Respublikasında qadınlar dolanışıq məqsədilə saçlarını satmağa məcbur olurlar. 

TodayPress TV xəbər verir ki,  bu barədə "The Jerusalem Post" Ermənistanın İrandan saç qaçaqmalçılığı cəhdinin qarşısını almasından bir neçə gün sonra yazıb.

Ötən həftənin əvvəlində Ermənistan gömrük əməkdaşları Ağarak sərhəd-keçid məntəqəsindən İrandan gələn yük avtomobilində 26 kiloqram çəkisi olan 143 dəstə təbii saç aşkar ediblər.

Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi bildirib ki, saçlar sürücünün kabinəsində, yastıqların içərisində gizlədilib.

"Bəzi şəxslərin təbii saçı qanunsuz şəkildə ölkəyə keçirmək cəhdinin qarşısı alınıb və aşkar edilən saçlar müsadirə olunub. Dövlət sərhədinin quru keçid məntəqələrində fəaliyyət göstərən Gömrük Xidməti və Nəzarət İdarəsinin əməkdaşları İran vətəndaşı barəsində "Gömrük tənzimlənməsi haqqında" qanunun 316-cı maddəsinə uyğun olaraq gömrük qaydalarının pozulması barədə protokol tərtib ediblər", – deyə komitənin açıqlamasında bildirilib.

Komitə qeyd edib ki, son vaxtlar İrandan Ermənistana təbii saç qaçaqmalçılığı cəhdləri artıb. Bildirilib ki, bu ilin yanvar ayından etibarən dövlət sərhədindən ümumilikdə 621 dəstə, yəni 135,7 kiloqram təbii saçın qanunsuz keçirilməsinə yönəlmiş 11 cəhdin qarşısı alınıb.

İranlı fəalların bir çoxu bu saçların yanvar ayında keçirilən etiraz aksiyaları zamanı öldürülən on minlərlə etirazçıya məxsus ola biləcəyini iddia edirlər. 

İnsan hüquqları təşkilatlarının məlumatlarına istinad edən "Iran International" telekanalının keçmiş təhlükəsizlik direktoru Roker Makmillan isə bunun daha çox ağır iqtisadi vəziyyət səbəbindən saçlarını satmağa məcbur qalan qadınlara aid olduğunu düşünür.

Məlumatlı mənbə bildirib ki, bu cür hallara əvvəllər də iqtisadi böhran dövrlərində rast gəlinib.

Makmillan bildirib ki, ağır iqtisadi çətinliklər dövründə qadınların pul qazanmaq üçün saçlarını satması qeyri-adi hal deyil. Onun sözlərinə görə, İslam Respublikası davam edən müharibə, Hörmüz boğazının blokadası, maliyyə sanksiyaları, eləcə də quraqlıq və Mərakeş çəyirtkələrinin hücumu kimi ekoloji böhranlarla üzləşdiyi üçün bir çox iranlının bu dərəcədə çıxılmaz vəziyyətə düşməsi təəccüblü deyil.

Ötən il həm "Rokna News", həm də "Khabar Online" İranda saç ticarətinin genişlənməsi barədə məlumat yayıb. Aprel ayında dərc olunan xəbərlərdə qadınlara saçlarının uzunluğundan və əvvəllər emal olunub-olunmamasından asılı olaraq saçları üçün 2 milyon manatdan 100 milyon tümənədək təklif edildiyi bildirilib.

İran KİV-i 2023-cü ildə də bəzi iranlıların yoxsulluqdan xilas olmaq üçün böyrəklərini, qaraciyərlərini, buynuz qişalarını, sümük iliyini, spermasını və yumurta hüceyrələrini satmağa məcbur qaldıqları barədə məlumat vermişdi.

Qiymət Mahir


XƏBƏR LENTİ
08 AVQUST 2026
17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Bütün Xəbərlər